Həyatın Mənşəyi
AZEN

Təkamül saxtakarlıqları

Piltdaun Adamı: Oranqutanın Çənə Sümüyü İnsanın Kəlləsində!

Oxu müddəti: ~2 dəq.

piltdown adamı, bilim adamları
piltdown kafatası,kaftası fosili
piltdown adamı, büst
Oranqutanın Çənə Sümüyü Insanın Kəlləsində 1 Qazıntı halında tapılan qalıqlar Çarlz Douson tərəfindən aşkar edilmiş və ser Artur Vudvorda verilmişdi. 2 "Məşhur"
Oranqutanın Çənə Sümüyü Insanın Kəlləsində 1 Qazıntı halında tapılan qalıqlar Çarlz Douson tərəfindən aşkar edilmiş və ser Artur Vudvorda verilmişdi. 2 "Məşhur" kəllə iki müxtəlif qalığın vahid konstruksiya şəklində quraşdırılması ilə əldə olunmuşdur. İnsan kəlləsinin hissəsi> Oranqutanın çənə hissəsi 3 Kəllənin bu modelinə müvafiq olaraq sonralar rekonstruksiyalarının və rəsmlərin çoxsaylı surəti hazırlanmış, 500-dən artıq elmi məqalə yazılmışdır. Quraşdırılmış kəllənin əsli Britaniya Muzeyində sərgiyə qoyulmuşdu. 4 Bu tapıntıdan 40 il sonra Piltdaun qalıqlarının sadəcə olaraq saxta olması elan edilmişdi.

1912-ci ildə məşhur həkim və eyni zamanda həvəskar paleontoloq Çarlz Douson İngiltərədə Piltdaun ətrafındakı dərədə çənə sümüyü və kəllənin bir hissəsini aşkar etmişdi. Çənə sümüyü meymunun çənəsinə bənzəsə də dişlər və kəllə insanınkına oxşayırdı. Bu eksponatın yaşı 500 min il təyin olunmuş və o, "Piltdaun adamı" adlandırılmışdı. Bundan sonra bu nümunə müxtəlif muzeylərdə insan təkamülünün təkzibolunmaz sübutu kimi nümayiş etdirilirdi. 40 ildən artıq vaxt ərzində bu eksponata elmi məqalələr, müxtəlif şərhlər və rəsmlər həsr olunmuş, dünya universitetlərinin 500-dən artıq elmi işçisi "Piltdaun adamı" mövzusunda doktorluq dissertasiyaları hazırlamışdılar.56 Məşhur amerikalı paloeantropoloq Q.F.Osborn 1935-ci ildə Britaniya Muzeyinə gəlişi zamanı belə demişdi: "Təbiət sürprizlərlə doludur və bu vacib tapıntı bəşəriyyətin tarixə qədərki dövrünə aiddir".57

Britaniya Muzeyinin paleontologiya şöbəsindən Kennet Okli 1949-cu ildə bəzi qalıqlar üzərində yaşı təyin etmənin yeni metodundan istifadə etmək fikrinə düşdü. Bu metod "Piltdaun adamı" üzərində də sınaqdan keçirildi. Nəticə heyrətamiz oldu. Testin nəticələri ilə aydın oldu ki, Piltdaunun çənə sümüyünün tərkibində ftor yoxdur, bu isə öz növbəsində sümüyün yerin altında bir neçə ildən çox qalmamasından xəbər verirdi.

Özündə ftorun kiçik miqdarını daşıyan kəllə çox güman ki, bir neçə min il yer altında qalmışdı. Həmin metod əsasında həyata keçirilən sonrakı xronoloji tədqiqatlar kəllənin yaşının həqiqətən də cəmi bir neçə min il olmasını təsdiq etdi. Qalıqların yanında tapılan alətlər isə polad alətlərlə yonulmuşdu və məlum olmuşdu ki, bunlar adi saxtakarlıqdır. 58

Bu saxtakarlıq Veynerin 1953-cü ildə apardığı müfəssəl analizlərdən sonra birmənalı şəkildə üzə çıxmışdır. Kəllə 500 il əvvəl yaşamış insana, çənə sümüyü isə təzəcə ölən oranqutana məxsus idi. Dişlər xüsusilə seçilmiş və onları sonralar insan dişlərinə bənzətmək üçün əvvəlcədən cilalanmış diş yuvalarına quraşdırıb keçirmişdilər. Detallara qədimdən qalma görkəmi vermək üçün kalium dixromatin köməyi ilə ləkələr çəkilmişdi. Lakin sümükləri turşuya salandan sonra ləkələr yox olurdular. Saxtakarlığı aşkar etmiş qrupdan Le Qross Klark öz təəccübünü gizlətmədən deyirdi: "Dişlərin üzərindəki süni izlər aydın görünür və maraqlıdır, onlar necə diqqətdən kənar qalıblar".59 In 40 ildən artıq vaxt ərzində Britaniya Muzeyində saxlanılan "Piltdaun adamı" bütün bunlardan sonra tezliklə oradan yığışdırıldı.