Həyatın Mənşəyi
AZEN

Təkamül saxtakarlıqları

Nebraska Adamı: Donuz Dişi

Oxu müddəti: ~1 dəq.

nebraska, diş fosili

1922-ci ildə Amerikanın Təbiət Tarix Muzeyinin direktoru Henri F.Osborn Qərbi Nebraskada İlan çayının yaxınlığında pliosen dövrünə aid olan azı diş qalığının tapılması haqqında məlumat vermişdi. İddiaya görə, diş özündə meymunun və insanın ümumi səciyyəvi xüsusiyyətlərini daşıyırdı. Geniş elmi diskussiyalar özünü çox gözlətmədi. Bəziləri deyirdi ki, bu diş pitekantropun dişidir, bəziləri isə bildirirdi ki, insanın. Qızğın mübahisələr bitdi, mübahisələrin səbəbkarını isə "Nebraska adamı" adlandırdılar. Bundan dərhal sonra onun elmi adı da qoyuldu - Hesperopithecus haroldcooki. Çox nüfuzlu alimlər Osbornu müdafiə etdilər. Cəmi bir dişin əsasında Nebraskanın kəllə və bədəninin rekonstruktiv rəsmləri çəkildi. Sonra isə onun ailə çevrəsində həyat yoldaşı və uşaqları ilə birlikdə şəkilləri dərc olundu

Bütün bu ssenari yalnız bir dişin əsasında qurulmuşdu. Təkamülçülər bu xülyaya o qədər bağlanmışdılar ki, tədqiqatçı Uilyam Brayan tez-tələsik qərarların qəbul olunmasının əleyhinə çıxış edəndə təkamülçülərin çox kəskin tənqid atəşinə məruz qalmışdı.

Lakin 1927-ci ildə skeletin digər hissələri aşkar olundu. Yeni tapılmış hissələrə əsasən diş nə insana, nə də meymuna məxsus deyildi. Məlum oldu ki, diş nəsli kəsilmiş Amerika qabanı (çöl donuzu) növü olan "Prodthennops"a məxsus imiş. Uilyam Qreqorun bu səhvə aid məqaləsi "Science" jurnalında "Göründüyü kimi Hesperopithecus nə meymundur, nə də insan" başlığı ilə çap olunmuşdu.60 Axır nəticədə Hesperopithecus haroldcooki-nin və onun ailəsinin bütün rəsmləri ədəbiyyatdan çıxarıldı.