Oxu müddəti: ~3 dəq.
Selakantın heç bir əcdadı olmadan qəflətən ortaya çıxması və milyonlarla il boyunca heç bir dəyişikliyə məruz qalmaması ilə yanaşı, bu canlının mürəkkəb quruluşu da təkamülçülər üçün böyük problemdir. Cənubi Afrikada yerləşən dünya miqyasında tanınmış C.L.B.Smit adına İxtiologiya İnstitutunun rəhbəri professor Maykl Bruton selakantın kəşf edilən mürəkkəb xüsusiyyətləri ilə bağlı bunları deyir:
“Doğuş bu canlıların mürəkkəb xüsusiyyətlərindən biridir. Selakantlar balalarını doğaraq dünyaya gətirirlər. Portağal böyüklüyündəki yumurtaları balığın daxilində olarkən çatlayır. Özü də balaların ananın bədənindən ciftə bənzər bir orqan sayəsində qidalandıqlarına dair tapıntılar mövcuddur. Cift anadan balaya oksigen və qida ötürməklə yanaşı, balanın bədənində tənəffüs və həzmdən artıq qalan maddələri uzaqlaşdıran mürəkkəb bir orqandır. Daş kömür dövrünə aid (360-290 milyon il əvvəlki dövr) rüşeym fosilləri belə mürəkkəb sistemin məməlilərin meydana gəlməsindən çox əvvəl mövcud olduğunu göstərir”.25
Digər tərəfdən, selakantların ətrafdakı elektromaqnit sahələrinə həssas olduğunun müəyyən edilməsi bu canlılarda mürəkkəb bir duyğu orqanının da varlığını göstərmişdir. Alimlər balığın rostral orqanının beyinə bağlandığı sinirlərə baxaraq bu orqanın elektromaqnit sahələrini qavrama vəzifəsini yerinə yetirdiyini qəbul edirlər. Bu möhtəşəm orqanın ən qədim selakant fosillərində belə mövcud olması digər mürəkkəb quruluşlarla birlikdə qiymətləndirildikdə, təkamülçülərin öhdəsindən gələ bilməyəcəyi bir problem ortaya çıxır. “Focus” jurnalında bu problem belə ifadə edilmişdir:
“Fosillərə görə, balıqların peyda olduğu tarix dövrümüzdən təxminən 470 milyon il əvvələ aiddir. Selakantın ortaya çıxması isə bu tarixdən 60 milyon il sonradır. Çox ibtidai xüsusiyyətlərə malik olması gözlənilən bu varlığın həddindən artıq mürəkkəb quruluşda olması təəccüb doğurur”.26
Mərhələli təkamül prosesini irəli sürən təkamülçülər üçün xəyali ibtidai canlıların tapılmasını gözlədikləri vaxtda kompleks quruluşlu selakantın ortaya çıxması, əlbəttə ki, çaşqınlıq yaradır. Lakin ağılla düşünən, bütün canlıları üstün, kompleks quruluşları ilə, dilədiyi vaxtda və dilədiyi formada bir anda Allahın yaratdığını dərk edən insan üçün burada çaş-baş qalmalı heç bir şey yoxdur. Allahın qüsursuz yaratdığı nümunələr Allahın gücünü və qüdrətini təqdir etmək üçün vasitədir.
1966-cı ildə tutulan və dondurulan selakant isə canlının qan tərkibi ilə bağlı yeni məlumatlar verib. Selakantdan başqa, bütün sümüklü balıqlar (osteichthyes) dəniz suyu içib, artıq duzu bədənlərindən kənarlaşdıraraq su tələbatını ödəyirlər. Selakantın bədənindəki sistem isə qığırdaqlı balıqlar (chondrichthyes) sinfinə aid olan akulanın bədənindəki sistem kimidir. Akula zülalların parçalanması nəticəsində meydana gələn ammonyakı sidik cövhərinə çevirir və insan üçün ölümcül ola bilən ölçülərdə sidik cövhərini qanda saxlayır. Ətrafdakı suyun duzluluq nisbətinə görə qandakı bu maddələrin nisbəti nizamlanır, nəticədə, qan dəniz suyu ilə izotonik vəziyyətə gəldiyinə görə (daxildəki və xaricdəki suyun osmotik təzyiqi bərabərləşdiyi, yəni eyni nisbətə çatdıqları üçün) xaricə su itkisi olmur. Selakantın qaraciyərinin sidik istehsal etmək üçün lazım olan fermentlərə malik olduğu da üzə çıxarılmışdır. Yəni selakant daxil edildiyi sinifdə başqa heç bir növdə mövcud olmayan və ancaq on milyonlarla il sonra akulalarda müşahidə edilən səciyyəvi qan xüsusiyyətlərinə sahibdir. 27
Bütün bunlar bir həqiqəti göstərir: canlıların təkamülündə ən böyük halqanı təşkil etdiyi iddia edilən selakant hazırda yaşayan saysız-hesabsız canlı nümunəsi ilə təkamülçülərin bütün iddialarını təkzib edir. Bu, onu göstərir ki, təkamülçülər bircə fosil üzərindən hər hansı qəti dəlilə əsaslanmadan necə təbliğat apara bilir və bu yalanı necə yaya bilirlər. Selakantın canlı nümunəsinin tapılmasına baxmayaraq, iddialarından əl çəkməmələri və canlı üzərində yerimək üçün dəyişikliyə məruz qalan üzgəc axtarışlarını davam etdirmələri də diqqət çəkicidir. Saysız-hesabsız kompleks xüsusiyyətləri ilə yaradılmış selakantın ara forma olması ilə bağlı heç bir dəlil tapılmamışdır. Onlar Allaha qarşı dəlillər ortaya atmağa çalışmış, lakin Allah onların saxta dəlillərini ortadan qaldırmışdır. Bunun əvəzinə qarşılarındakı həqiqət mükəmməl yaradılış dəlilidir.
