Həyatın Mənşəyi
AZEN

Selakant fosillər üzərindəki spekulyasiyaları susdurdu

Giriş

Oxu müddəti: ~6 dəq.

Selakant (cœlacanthus) təxminən 150 sm uzunluğunda, böyük, zirehi xatırladan və bütün gövdəsini örtən qalın pulcuqlara sahib balıqdır. Sümüklü balıqlar (osteichthyes) sinfinə aiddir və fosillərinə ilk dəfə Devon (408-360 milyon illər arası) dövrünə aid laylarda rast gəlinir.

Almaniyadakı Zolnhofen formasiyasından əldə edilən bu selakant fosili 145 milyon il yaşındadır. Komor adalarında 1952-ci ildə tapılan ikinci canlı selakantla bi
Almaniyadakı Zolnhofen formasiyasından əldə edilən bu selakant fosili 145 milyon il yaşındadır. Komor adalarında 1952-ci ildə tapılan ikinci canlı selakantla birlikdə şəkil çəkdirən C.L.B.Smit görünür.

Təkamülçülər 1938-ci ilə qədər selakant fosillərini böyük problemin həlli kimi təqdim edirdilər. Fosil qeydlərində milyonlarla, hətta milyardlarla olmalı olan keçid fosili nümunələrindən əsər-əlamət yox idi. Təkamülçülərin canlıların sudan quruya xəyali keçidini sübut edəcək dəlilə ehtiyacları vardı. Buna görə də lazımi ssenari üçün çox uyğun olan selakant fosili ilə təbliğat aparmağa başladılar. Canlının üzgəclərinin yeriməyə hazırlaşan ayaqlar, bədənində fosilləşmiş yağ kisəsinin isə ibtidai ağciyər olduğunu iddia etdilər. Dəlil sıxıntısı yaşayan təkamülçülər üçün selakant, sanki xilaskar idi. Təkamülçülər canlı üzərində aparılan xəyali iddialar nəticəsində milyonlarla olmalı olan itmiş halqalardan birini əldə edəcəkdilər.

Selakant haqqında illərlə tədqiqat aparan fransız təkamülçü dr. Jak Miyo (Jacques Millot) bu canlıya xilaskar kimi sığındıqlarını belə ifadə etmişdir:

“Təkamülün ən böyük problemlərindən biri balıqlarla onların qurudakı nəsilləri arasındakı anatomik keçidi tapmaq idi... Uzun müddətdir ki, təkamülçülər balıqlarla amfibiyalar arasındakı bu böyük boşluğa görə narahat idilər. Lakin bu boşluq köhnə balıqlar üzərindəki tədqiqatlar sayəsində aradan qalxdı və selakant işə qoşuldu”.16

Lakin təkamülçülərin bu həvəsi çox uzun çəkmədi. 1938-ci ildə balıqçılar tərəfindən selakantın canlı nümunəsinin tutulması təkamülçülərə böyük təəssüf hissi yaşatdı. Rods Universitetinin kimya fakültəsinin dosenti, həmçinin İngiltərənin cənub sahillərindəki müxtəlif balıq muzeylərinin fəxri prezidenti Ceyms Leonard Brirli Smit (James Leonard Brierley Smith) tutulan selakant qarşısında təəccübünü belə ifadə etmişdir:

Coelacanth ve fosili
Aşağıdakı şəkildə C.L.B.Smit canlı şəkildə tutulmuş selakantın üstündə işləyərkən görünür. Digər şəkildə isə Şərqi London Muzeyindən C.L.B.Smitə mövzu ilə əlaqə
Aşağıdakı şəkildə C.L.B.Smit canlı şəkildə tutulmuş selakantın üstündə işləyərkən görünür. Digər şəkildə isə Şərqi London Muzeyindən C.L.B.Smitə mövzu ilə əlaqədar göndərilmiş məktublar və C.L.B.Smitin selakant ovçularına göndərdiyi elan görünür.

İnsanın əcdadları ilə yaxından əlaqəsi olduğuna inandıqları bu xəyali keçid fosilinin, yəni selakantın yaşayan fosil kimi tapılması darvinistlər üçün çox böyük hadisə idi. Çünki təkamül nəzəriyyəsinin ən böyük xəyalı olan keçid dəlili bir anda yox olmuşdu. Sudan quruya olan xəyali keçidin ən böyük namizədi bu gün dənizlərdə yaşayan və heç bir keçid forma xüsusiyyəti nümayiş etdirməyən kompleks canlı idi. Darvinin nəzəriyyəsi bu canlı nümunə qarşısında ağır zərbə aldı. 1939-cu il mart ayının ortalarında canlı mətbuata təqdim edildi və Nyu-Yorkdan Şri-Lankaya qədər bütün qəzet və jurnallarda bununla bağlı həftələrlə məqalələr yayımlandı. “London Illustrated News” qəzetində canlının özü ölçüsündə şəkilləri dərc edildi. Şəklin yanında Britaniya Muzeyindən dr. E.İ.Uaytın (E.I.White) bir məqaləsi vardı. Məqalənin başlığı isə belə idi: “İyirminci əsr təbiət tarixinin ən vacib hadisələrindən biri”. Məqalə bu kəşfi həyəcan verici hadisə kimi təqdim edir və Mezozoy dövrünün 2,5 metrlik seysmozavr dinozavrının canlı nümunəsinin kəşf edilməsi qədər təəccüblü olduğunu qeyd edirdi.18

C.L.B.Smit qalan ömrünü selakant üzərində apardığı saysız-hesabsız tədqiqatlara həsr etmişdi. Selakantı canlı formada tapmaq və daxili orqanlarını ətraflı araşdırmaq üçün dünyanın müxtəlif yerlərindəki tədqiqat qruplarına rəhbərlik etdi. (Tutulan ilk selakant uzun müddət sonra Smitin tədqiqatına verildiyi üçün daxili orqanlarını mühafizə etmək mümkün olmamışdı).

Növbəti illərdə ikinci selakant ilə qarşılaşmaq mümkün oldu. Canlı yaşadığı dərin sulardan dayaz və ilıq sulara çıxarıldığı üçün qısa müddət sonra ölmüşdü. Lakin daxili orqanlarını araşdırmaq mümkün oldu. Araşdırma aparan dr. Jak Miyo və həmkarları gözlədiklərindən daha fərqli həqiqətlərlə qarşılaşdılar. Canlının daxili orqanları, düşündükləri kimi, ibtidai xüsusiyyətlər nümayiş etdirmir və xəyali ibtidai əcdadı təmsil edən keçid xüsusiyyətlərinə sahib deyildi. Təkamülçülərin iddia etdiyi kimi, ibtidai ağciyəri yox idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu düşündükləri orqan balığın bədənindəki yağ kisəsi idi.19 Həmçinin sudan quruya çıxmağa hazırlaşan canlı olaraq təqdim edilən bu balıq okeanın ən dərin sularında yaşayan və 180 metrdən yuxarı çıxmayan canlı idi.20 Canlının dayaz sulara çıxarılması belə onun ölümünə səbəb olmuşdu. Qısası, Miyoya görə, itmiş halqanı təmsil etməli olan bu canlı heç bir ibtidai xüsusiyyətə malik deyildi.21 Başqa sözlə desək, bu balıq keçid forması deyildi və 400 milyon il ərzində dərin sularda eyni kompleks xüsusiyyətləri ilə yaşamışdır.

410 MİLYON İLLİK selakant fosili Selakant Dərin Sularda Yaşayan Dib Baliğidir 1938-ci ildən sonra da selakantın dəfələrlə canlı nümunəsi tapılıb. Selakantın oke
410 MİLYON İLLİK selakant fosili Selakant Dərin Sularda Yaşayan Dib Baliğidir 1938-ci ildən sonra da selakantın dəfələrlə canlı nümunəsi tapılıb. Selakantın okeanın dərin sularında yaşayan, 180 metr dərinliyin üstünə çıxmayan bir balıq olduğu aşkar edilib. Selakantın darvinistlərin iddia etdiyi kimi, bir keçid canlı deyil, 400 milyon il boyunca forması heç dəyişmədən varlığını davam etdirmiş yaşayan fosil olduğu ortaya çıxıb.

Piter Fori (Peter Forey) adlı təkamülçü paleontoloq “Nature” jurnalında yayımlanan məqalədə mövzu ilə bağlı bunları bildirmişdir:

Bundan sonra dəfələrlə rast gəlinən və öz yaşadıqları mühitdə müşahidə edilən bütün selakantlar bu həqiqəti yenidən və daha geniş şəkildə ortaya qoydu. Canlının yerimək üçün dəyişiklik keçirən üzgəcləri iddiası sadəcə yanıltma idi. Maks Plank İnstitutundan alman təkamülçü zooloq Hans Frik (Hans Fricke): “Etiraf edirəm ki, məyusam, lakin heç vaxt selakantı üzgəcləri üzərində yeriyərkən görmədik”, – deyə bildirmişdi.23

Onsuz da, yaşayan fosillərin tapılması və çoxluğu darvinistlər üçün problem idi. Lakin keçid forması kimi təqdim etdikləri, istədikləri kimi təbliğat apardıqları və insanlara ən böyük dəlil kimi göstərdikləri selakantın yaşayan fosil olaraq qarşılarına çıxması onlar üçün problemlərin, bəlkə də, ən böyüklərindən biri idi.

Bu, təkamülçülərin yaşayan fosillər haqqında hazırladıqları bütün nəzəriyyələri də əsassız edirdi. Darvinistlər bir canlının dəyişmədən qala bilməsi üçün ümumiləşmiş olmalı olduğunu iddia etmişdilər. Başqa sözlə, canlının dəyişməməsi üçün hər mühitdə yaşaya bilməsi və hər formada qidalana bilməsi lazım gəlirdi. Lakin selakant son dərəcə kompleks və xüsusiləşmiş canlıdır. Selakant dərin sularda yaşayır və xüsusi mühitə və qidalanma formasına sahibdir. Məhz buna görə də təkamülçülərin bu iddiaları əsassız oldu.

Bu canlı təkamül iddialarına əsasən, yer üzündə baş vermiş dəyişikliklərə qarşı necə müqavimət göstərmiş, necə dəyişmədən qala bilmişdi? Xəyali təkamülə əsasən, təqribən 250 milyon il əvvəl dəyişikliyə məruz qalan qitələr 400 milyon ildir nəsli kəsilməyən selakantlara da təsir etməli idi. Lakin nəyə görə isə, dəyişən mühitə baxmayaraq, canlılar hər hansı dəyişikliyə məruz qalmamışdılar. “Focus” jurnalı bunu belə izah edirdi:

“Elmi məlumatlara əsasən, təqribən 250 milyon il əvvəl bütün qitələr bütöv idi. “Pangeya” adı verilən bu böyük quru parçasını bircə nəhəng okean əhatə edirdi. Təqribən 125 milyon il əvvəl qitələrin yerdəyişməsi nəticəsində Hind okeanı əmələ gəldi. Hazırda selakantların təbii mühitlərinin əsas hissəsini təşkil edən Hind okeanındakı vulkanik mağaralar da qitə hərəkətlərinin təsiri ilə ortaya çıxdı. Bütün bu məlumatlar sayəsində daha bir həqiqətlə də qarşılaşırıq. O həqiqət ki, təbii şəraitdə baş verən bu qədər dəyişikliyə baxmayaraq, təqribən 400 milyon ildir mövcud olan bu canlılar dəyişməmişdir!”

240 milyon illik selakant fosili Madaqaskarda tapılmışdır. Şəkildəki fosildə selakantın pulcuqlarının belə çox təfsilatlı şəkildə fosilləşdiyi görünür. Yanda is
240 milyon illik selakant fosili Madaqaskarda tapılmışdır. Şəkildəki fosildə selakantın pulcuqlarının belə çox təfsilatlı şəkildə fosilləşdiyi görünür. Yanda isə yaşayan bir selakantın pulcuqları görünür. Aradan keçən yüz milyonlarla ilə baxmayaraq, selakantın quruluşunda heç bir dəyişiklik olmamışdır.

Bu vəziyyət hər hansı bəhanəyə məhəl qoymadan canlının milyonlarla il ərzində dəyişmədən qaldığını, yəni təkamül keçirmədiyini təsdiq edir. Prof. Kit S.Tomson (Keith S.Thomson) “The Story of the Coelacanth” (Selakantın hekayəsi) adlı əsərində mövzu ilə bağlı bunları qeyd etmişdir:

“Məsələn, məlum olan ən qədim selakant da (diplocercides) eyni formada rostral orqana (bu termin zooloqlar tərəfindən işlədilir, kəllə qutusunda içi jelatin kimi maddə ilə dolu kisə və ona bağlı olan altı borucuğu təsvir edir), xüsusi kəllə oynaqlarına, içi boş notoxordaya və az sayda dişə malik idi. Bütün bunlar qrupun Devon dövründən bəri (400 milyon ildir), demək olar ki, heç dəyişmədiyini göstərdiyi kimi, fosil qeydləri arasında böyük bir boşluğun olduğunu da göstərir. Çünki selakantların hamısında görünən ortaq xüsusiyyətlərin ortaya çıxmasını göstərən əcdad fosillər zəncirinə sahib deyilik”.24