Həyatın Mənşəyi

Molekulyar biologiya və həyatın mənşəyi

Zülalların suda sintezlənməsi problemi

Oxu müddəti: ~1 dəq.

Əvvəlki səhifələrdə də bildirdiyimiz kimi, aminturşular zülal əmələ gətirmək üçün kimyəvi cəhətdən birləşərkən aralarında “peptid rabitəsi” deyilən xüsusi rabitə qururlar. Bu rabitə qurularkən bir su molekulu əmələ gəlir.

Bu vəziyyət ibtidai həyatın dənizlərdə əmələ gəldiyini irəli sürən təkamülçü izahatı əsassız edir. Çünki kimyada Le-Şatelye prinsipi kimi tanınan bir qanuna görə reaksiya nəticəsində su əmələ gəlirsə, bu reaksiyanın (kondensasiya reaksiyası) su ehtiva edən mühitdə baş verməsi mümkün deyil. Sulu mühitdə bu cür reaksiyanın baş verməsi kimyəvi reaksiyalar daxilində “baş vermə ehtimalı ən az olan”dır.

Beləliklə, təkamülçülərin həyatın başladığı və aminturşuların əmələ gəldiyi yerlər kimi bildirdikləri okeanlar aminturşuların birləşərək zülalları əmələ gətirməsi üçün əsla uyğun olmayan mühitlərdir.263

Digər tərəfdən, təkamül tərəfdarlarının bu həqiqət qarşısında iddialarını dəyişdirib ibtidai həyatın quruda əmələ gəldiyini irəli sürmələri də qeyri-mümkündür. Çünki ibtidai atmosferdə əmələ gəldiyi fərz edilən aminturşuları ultrabənövşəyi şüalardan qoruyacaq yeganə mühit dənizlər və okeanlardır. Aminturşular quruda ultrabənövşəyi şüalar tərəfindən parçalanır. Le-Şatelye prinsipi isə aminturşuların dənizlərdə əmələ gəlməsi iddiasını təkzib edir. Bu da təkamül nəzəriyyəsi üçün əsl dilemmadır.

İstinadlar

  1. Kimyagər Riçard E. Dikerson bunun səbəbini belə açıqlayır: “Əgər zülal və nuklein turşusu polimerləri ilkin monomerlərdən əmələ gəlirsə, polimer zəncirinə hər bir monomerin birləşməsi zamanı bir molekul su xaric edilməsi labüddür. Belə olduğu halda suyun mövcudluğunun polimer əmələ gətirməyin əksinə mühitdəki polimerleri parçalamaq istiqamətində təsirli olması həqiqəti qarşısında sulu mühitdə polimerləşmənin necə gedəcəyini ağla gətirmək belə çətindir”. (Richard Dickerson, “Chemical Evolution”, Scientific American, cild 239:3, 1978, səh. 74) ↩