Həyatın Mənşəyi

İnsanın mənşəyi

Son dəlil: Sahelanthropus tchadensis və təkamül ağacının məhvi

Oxu müddəti: ~2 dəq.

Təkamül nəzəriyyəsinin insanın mənşəyi haqqındakı iddialarını məhv edən ən son tapıntı isə 2002-ci ilin yayında Mərkəzi Afrikada, Çadda tapılan və Sahelanthropus tchadensis adı verilən fosil oldu.

Bu fosil darvinist aləmi bir-birinə qatdı. Bütün dünyada məşhur olan “Nature” jurnalı bu fosil haqda yayımladığı xəbərdə: “Tapılan yeni kəllə sümüyü insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə məhv edə bilər”, -deyə etiraf etdi.221

Harvard Universitetindən Daniel Liberman bu yeni tapıntının “kiçik bir atom bombası qədər təsirli olacağı”nı söylədi.222

Bunun səbəbi tapılan fosilin 7 milyon il yaşı olmasına baxmayaraq, “insanın ən qədim əcdadı” olduğu iddia edilən və 5 milyon illik avstralopitek növündən olan meymunlardan (təkamülçülərin bu günə qədər əsas götürdükləri meyarlara görə) daha “insanabənzər” quruluşa malik olması idi. Bu vəziyyət, əslində, nəsli kəsilmiş bütün meymun növləri arasında çox subyektiv və qərəzli “insanabənzərlik” meyarlarına görə qurulan təkamül əlaqələrinin tamamilə xəyal olduğunu göstərirdi.

Con Vitfild 2002-ci il, 11 iyul tarixli “Nature” jurnalında nəşr olunan “İnsan ailəsinin ən qədim üzvü tapıldı” başlıqlı məqaləsində Corc Vaşinqton Universitetindən təkamülçü antropoloq Bernard Vuddan sitat gətirərək bu fikri təsdiqləyirdi:

“Universitetdə oxumağa başladığım 1963-cü ildə insanın təkamülü bir nərdivan kimi görünürdü. Bu nərdivanın pillələri meymundan insana doğru irəliləyən və hər mərhələsi əvvəlkindən daha az meymuna oxşayan ardıcıl keçid formalardan təşkil olunmuşdu… Amma hal-hazırda insanın təkamülü qarmaqarışıq kola bənzəyir… Fosillərin bir-birləri ilə nə cür əlaqəyə malik olduğu və hər hansı birinin, həqiqətən, insanın əcdadı olub-olmadığı hələ də mübahisəlidir”.223

Yeni tapılan meymun fosili haqqında “Nature” jurnalının redaktoru və tanınmış paleoantropoloq Henri Cinin verdiyi izahlar çox əhəmiyyətli idi. Ci “The Guardian” qəzetində nəşr olunan məqaləsində fosil haqqındakı müzakirələrə toxunur və belə yazırdı:

“Nəticə nə olursa-olsun, bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir ki, əvvəldən qəbul edilən (insanla meymun arasındakı) “itkin halqa” düşüncəsi axmaqlıqdır… Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da, həmişə şübhəli olan itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir”.224

AL 666-1: 2.3 milyon yıllık Homo sapiens (insan) çenesiAL 666-1-in yan tərəfdən görünüşüAL 666-1 : 2,3 milyon illik HomoAL 666-1: 2.3 milyon yıllık Homo sapiens (insan) çenesiAL 666-1-in yan tərəfdən görünüşüAL 666-1 : 2,3 milyon illik HomoAL 666-1: 2.3 milyon yıllık Homo sapiens (insan) çenesiAL 666-1-in yan tərəfdən görünüşüAL 666-1 : 2,3 milyon illik HomoAL 666-1: 2.3 milyon yıllık Homo sapiens (insan) çenesiAL 666-1-in yan tərəfdən görünüşüAL 666-1 : 2,3 milyon illik Homo
AL 666-1: 2.3 milyon yıllık Homo sapiens (insan) çenesiAL 666-1-in yan tərəfdən görünüşüAL 666-1 : 2,3 milyon illik Homo sapiens (insan) çənəsiAL 222-1-in yan təfədən görünüşü. İki çənənin yan tərəfədən görünüşləri fosillər arasındakı fərqi daha yaxşı göstərir. AL 222-1 çənəsi çıxıntılıdır və irəli doğru uzanıb. Bu, tamamilə meymuna xas xüsusiyyətdir. Üstdəki AL 666-1 çənəsi isə tamamilə insan çənəsidir.
115-ci əsrdə yaşamış bir Peru yerlisiBenqallı orta yaşlı bir kişiCənub-Şərqi Asiyadakı Solomon adalarında 1893-cü ildə ö115-ci əsrdə yaşamış bir Peru yerlisiBenqallı orta yaşlı bir kişiCənub-Şərqi Asiyadakı Solomon adalarında 1893-cü ildə ö115-ci əsrdə yaşamış bir Peru yerlisiBenqallı orta yaşlı bir kişiCənub-Şərqi Asiyadakı Solomon adalarında 1893-cü ildə ö115-ci əsrdə yaşamış bir Peru yerlisiBenqallı orta yaşlı bir kişiCənub-Şərqi Asiyadakı Solomon adalarında 1893-cü ildə ö115-ci əsrdə yaşamış bir Peru yerlisiBenqallı orta yaşlı bir kişiCənub-Şərqi Asiyadakı Solomon adalarında 1893-cü ildə ö115-ci əsrdə yaşamış bir Peru yerlisiBenqallı orta yaşlı bir kişiCənub-Şərqi Asiyadakı Solomon adalarında 1893-cü ildə ö
115-ci əsrdə yaşamış bir Peru yerlisiBenqallı orta yaşlı bir kişiCənub-Şərqi Asiyadakı Solomon adalarında 1893-cü ildə ölən bir kişi25-30 yaşlarında bir alman kişi35-45 yaşlarında zairli bir kişi35-40 yaşlarında bir kişi eskimos
İnsan skeleti dik yeriməyə uyğun olaraq yaradılmışdır. Meymun skeleti isə önə əyilmiş quruluşu, qısa ayaqları və uzun qo
İnsan skeleti dik yeriməyə uyğun olaraq yaradılmışdır. Meymun skeleti isə önə əyilmiş quruluşu, qısa ayaqları və uzun qolları ilə dörd ayaqlı hərəkət şəklinə uyğundur. Bu iki quruluş arasında bir keçid formasının əmələ gəlməsi isə bu keçid formasının əlverişsizliyinə görə mümkün deyildir.

İstinadlar

  1. John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 iyul 2002. ↩
  2. D. L. Parsell, “Skull Fossil From Chad Forces Rethinking of Human Origins”, National Geographic News, 10 iyul 2002. ↩
  3. John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 iyul 2002. ↩
  4. “Face of yesterday : Henry Gee on the dramatic discovery of a seven-million-year-old hominid”, The Guardian, 11 iyul 2002. ↩