Həyatın Mənşəyi

İnsanın mənşəyi

Avstralopitek (Australopithecus)

Oxu müddəti: ~3 dəq.

Australopithecus növləri kəllə sümükləri və bundan başqa skelet quruluşlarına görə indi yaşayan meymunlara cox oxşayırla
Australopithecus növləri kəllə sümükləri və bundan başqa skelet quruluşlarına görə indi yaşayan meymunlara cox oxşayırlar. Sağdakı rəsmdə bədənin sol tərəfi şimpanze, sağ tərəfi isə austrapithecus skeletini göstərir. Rəsmi çəkən antropoloq professor Andrien L.Zilman bu iki canlının skelet quruluşlarının cox oxşar olduqlarını qeyd edir.

İlk kateqoriya olan avstralopitek “cənub meymunu” mənasına gəlir. Bu canlıların 4 milyon il bundan əvvəl Afrikada ortaya çıxdığı və 1 milyon il əvvələ qədər yaşadıqları güman olunur. Avstralopitek növləri arasında bəzi fərqlər var. Təkamülçülər ən qədim avstralopitek növünün A. afarensis olduğunu hesab edirlər. Bundan ardınca daha incə skeletə malik olan A. africanus ilə ondan daha böyük sümükləri olan A. robustus gəlir. A. boisei isə bəzi tədqiqatçılar tərəfindən ayrı növ, bəziləri tərəfindən də A. robustusun yarımnövü qəbul edilir.

Avstralopitek növlərinin hamısı dövrümüzdəki meymunlara bənzəyən nəsli kəsilmiş meymunlardır və hamısının beyni bugünkü şimpanzelərin beyni ilə eyni həcmdədir və ya daha kiçikdir. Əllərində və ayaqlarında bugünkü meymunlarda olduğu kimi ağaclara dırmaşmaq üçün çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün mükəmməl quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə müasir meymunlardakı kimi erkək avstralopitek dişidən daha iridir. Kəllə sümüklərindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir sıra xüsusiyyətlər bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadığını göstərən dəlillərdir.

________________________________________________________________

Təkamülçülər avstralopiteklərin adi meymun anatomiyasına malik olmasına baxmayaraq, bütün digər meymunların əksinə, insanlar kimi dik yeridiklərini iddia edirlər.

Sözügedən “dik yerimə” iddiası Riçard Liki, Donald Cohanson kimi təkamülçü paleoantropoloqların on illərdir müdafiə etdiyi fikirdir. Amma bir çox alim avstralopitekin skeleti üzərində çoxsaylı tədqiqat aparmış və bu iddianın əsassızlığını üzə çıxarmışdır. Böyük Britaniya və ABŞ-dan olan iki məşhur anatom Solli Sukerman və prof. Çarlz Oksnardın avstralopitek nümunələri üzərində apardıqları geniş miqyaslı tədqiqatlar bu canlıların ikiayaqlı olmadıqlarını, dövrümüzdəki meymunlarla eyni hərəkət formasına malik olduğunu göstərmişdir. Böyük Britaniyanın dəstəyi ilə təşkil olunmuş beş mütəxəssisdən ibarət tədqiqat qrupunda bu canlıların sümüklərini 15 il boyu araşdıran Sukerman, özü də təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq, avstralopiteklərin sadəcə adi meymun növü olduğunu və qətiyyən dik yerimədiklərini müəyyən etmişdir.187 Bu mövzudakı araşdırmaları ilə məşhur olan digər təkamülçü anatom Çarlz E.Oksnard da avstralopitek skeletini dövrümüzdəki oranqutanlara bənzədir.188

"ƏLVİDA LUCY!" Elmi tapıntılar Avstralopitek sinfinin ən məşhur nümunəsi sayılan "Lucy" haqqındakı təkamülçü fərziyyələr
"ƏLVİDA LUCY!" Elmi tapıntılar Avstralopitek sinfinin ən məşhur nümunəsi sayılan "Lucy" haqqındakı təkamülçü fərziyyələri təkzib etdi. Məşhur fransız elmi jurnalı “Science et Vie” 1999-cu il fevral sayında "Əlvida Lucy" (Adieu Lucy) başlığı ilə bu həqiqəti qəbul edir və Avstralopitekin insanın əcdadı olmadığını təsdiqləyirdi.

________________________________________________________________

Avstralopitekin insanın əcdadı olmadığı son dövrdə təkamülçü mənbələr tərəfindən də qəbul edilir. Məşhur fransız elm jurnalı “Science et vie” 1999-cu il, may sayında bu mövzunu üz qabığında dərc etmişdi. Jurnal Australopithecus afarensis növünün ən əsas fosil nümunəsi hesab edilən Lüsini “Adieu Lucy” (Əlvida, Lüsi) başlığı altında göstərərək avstralopitek növünə məxsus meymunların insanın nəsil ağacından çıxarılmalı olduğunu vurğulamışdır. StW 573 seriyalı yeni avstralopitek fosilinə əsaslanaraq yazılan məqalədə belə deyilir:

Yeni nəzəriyyə avstralopitek cinsinin insanın mənşəyi olmadığını deyir… StW 573-ü araşdırmaq səlahiyyətinə malik olan yeganə qadın tədqiqatçının nail olduğu nəticələr insanın əcdadı ilə bağlı aktual nəzəriyyələrdən fərqli olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yerləşən insan və əcdadları hesab edilən primat cinsli iri meymunlar aradan çıxarılır… Avstralopiteklər və Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər, Homo növlərinin (insanların) əcdadlarının hələ də üzə çıxarılması gözlənilir.189

A.Afarensis və şimpanze Yuxarıda Australopithecus afarensis AL 444-2 fosilinin kəllə sümüyü, altda isə indi yaşayan şimp
A.Afarensis və şimpanze Yuxarıda Australopithecus afarensis AL 444-2 fosilinin kəllə sümüyü, altda isə indi yaşayan şimpanzenin kəllə sümüyü görünür. Arada cox oxşarlıq var. A.afarensisin heç bir insani xüsusiyyəti olmayan adi meymun növü olduğunun cox açıq sübutudur.

İstinadlar

  1. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94. ↩
  2. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389 ↩
  3. Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, may 1999, no. 980, səh. 52-62. ↩