Həyatın Mənşəyi
AZEN

Darvinizmin DNT ilə bağlı yanılmalarından bəziləri

Təkamülçü Cəhalətin Bir Nümunəsi : Xarab Dnt Yanılması

Oxu müddəti: ~8 dəq.

İnsan Genom layihəsi ilə birlikdə indiyə qədər yalnız DNT-dəki şifrə düzülüşü ortaya çıxarılmışdır. Ancaq bu şifrələrin insan bədənində hansı funksiyaları təyin etdikləri bir neçə gen istisna olmaqla, hələ bilinmir. DNT zənciri üzərində zülal kodlaşdıran, başqa sözlə, aktiv olaraq çalışdığı kəşf edilən təxminən 30 min gen var. Ancaq bu miqdar insan DNT-sinin yalnız 3%-ni meydana gətirir. Geriyə qalan uzun DNT zəncirinin nə işə yaradığı isə hələ bilinmir.

Elə bu nöqtədə təkamülçülərin bu naməlum təməl üzərində bina etdikləri tərəfli şərhləri dövrəyə girir. Darvinist elm adamları danışılan genlərin heç bir məqsədi olmadığını, bunların “axmaq” və ya “zibil, xarab” düzülmələrdən ibarət olduğunu irəli sürürlər. Milyonlarla illik xəyali təkamül müddətində bu bölgələrin artıq funksiyalarını itirmiş genlər olduqlarını iddia edirlər. Halbuki, əvvəlcədən hökmlə qarşıya qoyulmuş bu iddia bu gün yeni elmi tapıntılar qarşısında çürümüşdür. "Xarab DNT" anlayışı 5-6 il əvvələ qədər elm adamlarının funksiyalarını bilmədikləri böyük DNT kütlələrinə verdikləri ad idi. Gen olaraq bilinməyən bu çox uzun düzülüşünə o zaman "junk DNT" (xarab/zibil/boş DNT) deyirdilər. Ancaq iddiaların əksinə, işə yaramadığı qarşıya qoyulan hissələrin əslində həyati funksiyaları idarə etdikləri, çalışan qisimlərin təmirində kritik əhəmiyyətləri olduğu ortaya çıxmışdır.(145) Qaldı ki, genetika elmi DNT-nin funksiyalarını tanımaqda hələ iməkləmə mərhələsindədir.

13 may 2002-ci il tarixli Nature Genetics jurnalında nəşr olunan bir məqalədə Dr. John V. Moran və qrupu xarab sayılan DNT-nin hərəkətli hissələrinin genom üçün təmir xidməti təmin edən DNT hissələri olduğunu bildirdilər.(146) Bunlar genom ətrafında hərəkət edə bilər və söz əməliyyatı əsnasında köçürüb - yapışdırmağa bənzər bir əməliyyat edərək özlərinin surətini çıxararlar. Bu xüsusiyyət DNT-nin cüt olan spiral hüceyrələri ayrılmağa başlayanda son dərəcə faydalıdır. Cüt spiral hüceyrəyə kimyəvi maddələr dəydikdə, ya da hər hansı bir təzyiq olduğunda yarılır və hüceyrə ölümünə səbəb ola bilir. Xarab DNT olduğu iddia edilən qismin bu hissələri genom içərisində gəzərlər və bu cür ayrılmaları müəyyən edərlər; belə bir şeyə rast gəldiklərində özlərini araya salarlar və bu bölgəni yenidən birləşdirirlər.(147)

Zamanla təkamülçü mənbələrdə, canlılardakı bəzi orqanların funksiyasız olduğu irəli sürülür və bunların o canlıların atalarından miras qalmış ancaq artıq istifadə etmədikləri orqanlar olduğu iddia edilir. Məsələn, insan bədənindəki appendiks (appendisit) və ya büzdüm illərcə "korlaşmış orqan" sayılmışdır. Halbuki, son illərin elmi araşdırmaları bütün bu orqanların əhəmiyyətli funksiyaları olduğunu ortaya çıxarmışdır. Təkamülçülərin XX əsrin əvvəlində çıxardıqları "korlaşmış orqanlar siyahısı" bu gün tamamilə çürümüş vəziyyətdədir. Təkamülçü yazıçı Scaddingin ifadəsiylə "biologiya məlumatı artdıqca korlaşmış orqanlar siyahısı da getdikcə kiçilmiş" və sonunda yox olmuşdur.(148) Eyni şəkildə, təkamülçülərin qarşıya qoyduqları xarab DNT anlayışı, yəni DNT-nin böyük hissəsinin işə yaramaz olduğu iddiası da edilən yeni kəşflərlə çürüdülmüşdür.

İnsan Genom layihəsi və digər genetik işlərlə birlikdə, genlərin zülal istehsalı əsnasında bir-birləriylə davamlı bir qarşılıqlı təsir içində olduqları ortaya çıxdı. Bu istehsal əsnasında bir genin digər DNT hissələrindən müstəqil olaraq fəaliyyət göstərmədiyi aydın oldu. Bu gün çatılan nöqtə göstərir ki, bir genin işi əsnasında xüsusilə, zülal kodlamağa başlama mərhələsində, genləri meydana gətirməyən DNT hissələrinin o geni tənzimləməsi mümkündür. Məhz buna görə, araşdırmaları yaxından təqib edən heç bir elm adamı artıq xarab DNT anlayışına etibar etmir.

Əslində, DNT-nin xarab olduğu idda edilən qisimlərinin davamlı fəaliyyət halında olduğu və hələ bilinməyən fərqli funksiyalara sahib olduğu təkamülçülərin xoşuna gəlməsə də uzun müddətdən bəri ifadə edilən bir həqiqət idi. Science jurnalında 1994-cü ildə nəşr olunan "Xarab DNT öz dilindəmi danışır?" başlıqlı xəbərdə (149) Harvard Tibb fakültəsində molekulyar bioloqlar və Boston Universitetindən fiziklər bu mövzuya aydınlıq gətirmişdir. Müxtəlif canlılardan alınan 50.000 əsas cütlükləri ehtiva edən 37 DNT düzülüşü üzərində etdikləri araşdırmalar nəticəsində insan DNT-sində 90% yer tutan guya xarab sayılan DNT-nin əslində xüsusi bir dildə yazıldığını xəbər verirdilər. Etdikləri testlər, bu qisimlərdə dilə bənzər xüsusiyyətlər olduğunu ortaya qoymuşdu. Tapıntılar əsasında, "xarab" deyilən DNT-nin heç də boş olmadığını bildirmişlər. "Xarab DNT-dəki dilin işarələri" adlı məqalədə isə Boston Universitetindən Eugene Stanleyin etdiyi işlərlə DNT düzülmələrinə insan dilinə bənzər xüsusiyyətdə məlumat ehtiva edən xüsusiyyətlər olduğu sübuta yetirildi .(150)

DNT ardıcıllığının daha əvvəl 97%-nin xarab və işə yaramaz olaraq təsvir səbəblərindən biri şübhəsiz ki, məlumatsızlıqdır. Cleveland (Klivlend) Universitetindən təkamülçü elm adamı Evan EICH bu vəziyyəti belə etiraf edir:

"Xarab DNT kəlməsi bizim məlumatsızlığımızın əks olunmasından başqa bir şey deyil." (151)

Özü də bir təkamülçü olan Ernst Mayr da genlər haqqındakı məlumatlarının qeyri-kafiliyinə belə toxunur:

"Elmi məhdudlaşdıran ciddi bir ünsür də qabaqcıl dərəcədə kompleks sistemlərin işləyişini açıqlamadakı çətinlikdir ... Eyni fikir, qabaqcıl dərəcədə kompleks və hələ hələ aydın ola bilməmiş olan genetik məlumatın tənzimləyici mexanizmləri üçün də məqbuldur." (152)

Scientific American jurnalının noyabr 2003-cü il sayında nəşr olunan "Görülməyən Genom: Qırıntılar arasındakı cövhərlər" adlı məqalədə də Avstraliya, Queensland Universitetində Molekulyar Biologiya İnstitutunun idarəçisi John S. Mattickin bu sözlərinə yer verilir:

"Aydın olmadığı üçün xarab olaraq qarşıya qoyulan [genlər] in əslində insanın kompleksliyinin təməli olduğu ortaya çıxa bilər. " (153)

Molekulyar bioloq Prof. Mattick "Intron" adlı və zülal sintezinə birbaşa olaraq qatılmayan bu düzülüşün əhəmiyyəti ilə əlaqədar səhv şərhlərə belə toxunur:

"Bunun [xarab DNT-nin] bütün mənasının fərqinə varılmaması ... molekulyar biologiya tarixindəki ən böyük səhvlərdən biri ola bilər." (154)

New Scientist jurnalının 19 noyabr 2005-ci il tarixli bir xəbərində isə guya xarab DNT-nin əhəmiyyətinin, təxmin ediləndən daha çox ola biləcəyi belə dilə gətirilir:

"... fövqəladə bir şəkildə xarab DNT-nin genlər qədər olmasa da, daha çox əhəmiyyətli olduğu ortaya çıxa bilər ... Xarab DNT-nin qaldırıldığı rəflərdən bu şəkildə ortaya çıxarılmasını təmin edən, onunla əlaqədar xüsusi olan nədir? Genomların müqayisəsi ilə bir dəlil ortaya çıxır ... Elm adamlarının hələ həll edə bilmədiyi həyati məlumatı kodlaşdıra bilər. Bu da daha çox DNT, daha çox məlumat saxlama və kompleks orqanizmlər istehsal etmə bacarığı deməkdir. Açıq olan bir şey var. Genlərimizin xəritəsini çıxardığımıza görə, artıq tullantları kəşf etməyə başlamağın zamanı gəldi." (155)

İnsan Genom layihəsinin başında olan Dr. Francis Collins də xarab DNT kimi adlandırılan qisimlərin zənn edildiyi kimi xarab olmadığını belə ifadə edir.

"Uzun müddətdir genetik məlumatın 95%-ni xarab sayıb nəzərə almadığımız üçün problem yaşayırdım, çünki hələ nə funksiyası olduğunu bilmirdik. Buna xarab deyilməsinin səbəbi də nə cür bir funksiyası olduğunun hələ kəşf olunmamasıdır. Lakin bütün genetik məlumat əlimizdə ikən bizim xarab deyə adlandırdığımız vəsaitin əslində həqiqətən işə yarayan bir DNT düzülüşü olduğunu anlayırsınız ... Bu səbəblə, məncə genetik məlumatdan "xarab" termini atılmalıdır." (156)

Təkamülçü genetiklər xarab DNT adlandırdıqları qisimləri nəzəriyyələrinə məcburi bir dəlil olaraq göstərmək istədilər. Təkamülçülərin bu qisimləri "xarab" ifadəsi ilə əhəmiyyətsiz göstərmək istəmələri və doqmatik təkamül inanclarına uydurmaları, elm adamlarının illərlə "xarab" kimi ifadə edilən qisimləri araşdırmalarına mane olmuşdur. Science jurnalında bu vəziyyət belə açıqlanır:

"Cazibəsinə baxmayaraq "xarab DNT" anlayışı elm adamlarını illərlə kodlamayan DNT-ni araşdırmaqdan uzaq tutmuşdur. Genomlarla təsadüfi maraqlanan kiçik bir qrup xaricində genom zibilliyini kim araşdırmaq istəyərdi ki? Bununla birlikdə normal həyatda olduğu kimi elmdə də, boş vaxtı olan, lağ edilmə riski olan və məşhur olmayan sahələri də araşdıranlar vardır. Onlar sayəsində xarab DNT fikri, xüsusilə də təkrar edən qisimlər 1990-cı illərin əvvəlində dəyişməyə başladı." (157)

Təkamül nəzəriyyəsinin elmi ziddiyyətlərini çox işiylə ortaya qoyan Dr. Paul Nelson isə "Qırıntı satıcısı artıq qırıntı satmır" başlıqlı məqaləsində xarab DNT anlayışı üçün bu şərhi edir:

Carl Sagan Shadows of Forgotten Ancestors (Unudulmuş Ataların kölgələri) adlı kitabında genetik tullantıların DNT-dəki “çoxluqların, kəkələmələrin (gərəksiz təkrarlar) və təkrarsız axmaqlıqların”, həyatın təməlində dərin qüsurlar olduğu sübutunu qarşıya qoymuşdu. Bu cür şərhlərə daha əvvəl biologiya ədəbiyyatında tez-tez rast gəlinirdi, ancaq artıq bu cür şərhlər edilmir. Niyə? Çünki, artıq genetiklər genetik dağıntı olaraq bilinən qisimlərin funksiyalarını kəşf edirlər.(158)

Helen Pearson "Xarab DNT həyati bir rol ortaya qoyur: Anlaşılmayan genetik düzülüşlər vaz keçilməz görünür" başlıqlı məqaləsində belə bildirir:

Perlegen Elmləri şirkətində DNT-nin qırıntı olduğu qarşıya qoyulan qisimləri araşdıran Dr. Kelly A. Frazer "Bu [tapıntılar] insanların marağını oyandıracaq. Bu insanları alıb aparan tipdə sözlər." deyərkən Cambridge Broad İnstitutundan genetik Kerstin Lindblad-Toh da edilən işlər üçün "Bunlar hələ aysberqin zirvəsidir." deyir. (160)

Bu tapıntılara baxmayaraq təkamülçülərin çoxu məqsədlərinə uyğun tapdıqları "xarab DNT" anlayışını son ana qədər müdafiə etməyə davam etmişlər. Təkamülçülərin iddialarına guya dəlil yaratmaq üçün istifadə olunan xarab DNT anlayışı da sona çatmışdır. DNT üzərində edilən sıx araşdırmalar, DNT hissəsinin həyati əhəmiyyətə sahib olması səbəbindən lazımlı, faydalı DNT qisimləri olduğunu isbat etmişdir. Beləcə, darvinistlərin bir yalanı daha elm ədəbiyyatına keçmişdir.