Oxu müddəti: ~5 dəq.
Hüceyrənin içində zülallardan ibarət olan mitoxondri eyni bir elektrik stansiyası kimi işləyir və hüceyrənin ehtiyacı olan enerjini istehsal edər. Bu stansiyalarda qidalardan əldə edilən kimyəvi enerjilər, hüceyrənin istifadə edə biləcəyi ATF deyilən enerji paketlərinə çevrilir. Hüceyrə içində həyatı təmin edən bütün hadisələr mitoxondrilərdən istehsal edilən, istifadəyə hazır bu enerji paketləri sayəsində reallaşır. DNT, hüceyrə nüvəsində olduğu kimi, enerji istehsal mərkəzləri olan bu mitoxondrilərdə də olur.
Mitoxondrilərin mitoxondrial DNT (mtDNT) tapılır. Təkamülçülər mitoxondrial DNT-lərin irsi olaraq növlərə ayırılmasını bir "təkamül" olaraq şərh edər və bu fərziyyəni "molekulyar saat" adını verdikləri bir başqa fərziyyə ilə birləşdirirlər. 1965-ci ildə ortaya atılan molekulyar saat fərziyyəsi nukleotid və proteinlərdəki düzülüşü zaman içində sabit aralıqlarla dəyişmələrin yaşanacağını irəli sürmüşdür. Bu tezisə söykənərək mtDNT dəyişmələri analiz edilən canlıların ortaq bir atadan nə vaxt ayrıldıqlarının tapıla biləcəyi düşünülmüşdür.
Ancaq burada mtDNT-da olan və canlıları sabit zaman aralıqlarında dəyişikliyə məruz qoyan bir növ saat mexanizminin olduğu başa düşülməməlidir. Bir canlının fosilləşən sümükləri çox tez degenerasiya olan DNT molekullarını saxlamaz. Bu səbəbdən, DNT molekuluna əsaslanaraq təbiət tarixinin araşdırılması mümkün deyildir. Bu analizlər təkamülçülərin canlıların tarixini öz fərziyyələrinə zorla uyğunlaşdırma səyləridir.
Təkamülçülər bu ön mühakiməyə əsasən mövcud təkamül soy ağacının hansı tarixdə harada başladığını təyin etməyə çalışmışlar. Mitoxondrial DNT-dəki müxtəliflik ən çox afrikalılarda görüldüyü üçün, onların nəslinin ən qədim olduğuna qərar vermişlər. Bunun nəticəsində, hal-hazırda yaşayan bütün insan irqlərinin 130.000 il əvvəl Afrikada yaşamış bir qadından törədiyi, bu qadının da guya təkamüllə ortaya çıxmış, Homo sapiensin ilk nümayəndəsi olduğu iddia edilmişdir.
Həmin qadınla əlaqədar təxminlər mitoxondrial DNT analizlərinə əsaslandırıldığı üçün, bu xəyali qadına "mitoxondrial Həvva" adı verilir. Halbuki, bu işdə istifadə olunan metod bitərəf elmi gözlə araşdırıldıqda, ilk insanlara aid tarixi və ya coğrafi yer təyin etməkdə istifadə edilməyəcəyi asanca görüləcək. Təkamülçülərin əsaslandıqları fərziyyələr varlığı sübut edilməyən, təcrübə və müşahidə ilə nümunələndirilməmiş iddialardır. Necə ki, bu tezisin elmi bir dəyər daşımadığı bu gün təkamül nəzəriyyəsini müdafiə edən bir çox elm adamı tərəfindən də qəbul edilir.
Məşhur Nature jurnalının redaktor heyətindən Henry Gee "Afrika cənnəti üzərindəki statistik bulud" adlı yazısında mitoxondrial DNT (mtDNT) işinin nəticələrini "axmaqlıq, mənasız məlumat" olaraq dəyərləndirdi. (161) Geenin yazısında mövcud 136 mtDNT ardıcıllığına baxılanda çəkilən soy ağaclarının sayının 1 milyardı keçdiyi bildirilirdi. Yəni edilən bu işdə 1 milyard sayda təsadüfi soy ağacı görməzlikdən gəlinmiş, ancaq şimpanze və insanın guya ortaq təkamül keçmişi olduğu fərziyyəsinə uyğun olan tək soy ağacı seçilmişdi.
Hər şeydən əvvəl bütün bu fərziyyələr təkamül nəzəriyyəsinə heç bir elmi dəlil meydana gətirmir. Məsələn, molekulyar saat analizinə görə, insanla şimpanzenin 10 milyon il əvvəl bir-birindən ayrılmış olması lazım olduğunu iddia edən bir təkamülçü onsuz da bu işinə iki canlının təkamüllə qohum olduğu inancına kor-koranə bir bağlılıqla başlamışdır. Burada sonsuz dövr içində düşünürlər və fərziyyələr üzərinə inşa edilən bu tip işlər vaxt itkisindən başqa bir şey deyil.
Vaşinqton Universitetindən genetik Alan Templeton da DNT silsilələrindən yola çıxaraq insanın mənşəyi üçün bir tarix təyin etmənin qeyri-mümkün olduğunu ifadə etmişdir. Çünki DNT-lər insan birlikləri arasında olduqca çox qarışmışdır. (162) Bu vəziyyətə riyazi tərəfdən baxıldıqda soy ağacında tək bir insana aid mtDNT-ni ayırd etməyin qeyri-mümkün olduğu mənasını verir. Ən təəccüblü etiraf isə, bu tezisin sahiblərinə aiddir. 1992-ci ildə işi təkrarlayan qrupdan Mark Stoneking (Pennsylvania Əyalət Universiteti) Science jurnalına yazdığı bir məktubda "Afrikalı Həvva" iddiasının əsassız olduğunu qəbul etmişdir. (163)
Ayrıca, mitoxondrial DNT analizi mitoxondrilərin yalnız ana tərəfindən köçürüldüyü, beləliklə, mitoxondrial DNT hissələrindəki dəyişmələrin ana, nənə, böyük nənə və s. kanalıyla ən ulu ataya qədər izlənilməsi qəbul edilərək həyata keçirilir. Halbuki, mitoxondrilərin yalnız ana yoluyla köçürüldüyü fikri artıq bir əfsanədən ibarətdir. Çünki mitoxondrilərin atadan da keçə biləcəyini göstərən elmi tapıntılar ortaya çıxmışdır. Məşhur New Scientist jurnalında "Mitoxondri həm anadan, həm də atadan köçürülə bilər" başlığıyla verilən xəbərdə, danimarkalı bir xəstənin mitoxondrilərini 90% nisbətində atasından aldığının məlum olduğu deyilir. Bu vəziyyətdə, təkamül ssenarilərinə dəstək olaraq göstərilən bütün mtDNT araşdırmalarının həqiqətdə bir məna ifadə etmədiyi ortaya çıxır. New Scientist jurnalında bu vəziyyət belə çatdırılır:
"Təkamül bioloqları növlərin bir-birindən ayrılmasını mitoxondrial DNT düzülüşündəki fərqliliklərə əsaslanaraq tarixini müəyyənləşdirirdilər. Mitoxondrial DNT-nin çox nadir olaraq da olsa atadan köçürülməsi, işlərinin çoxunu etibarsız etməyə kafi olacaqdır. (164)
Məşhur Nature jurnalı təkamülçü bir nəşr orqanı olmasına qarşı bu tapıntıların "mitoxondrial DNT fərziyyələrini haqsız çıxardığını" etiraf etmişdir:
"Mitoxondri axtarışında atadan keçən DNT ehtimalı tarixdən əvvəlki hadisələri zamanlandırmada insanın mitoxondrial DNT-dən istifadə olunan bir çox təkamül və molekulyar antropologiya işinin yenidən qiymətləndirilməsi mənasına gələ bilər." (165)

Son olaraq, Annals of Human Genetics jurnalında çıxan bir yazıda bu günə qədər çap olunan bütün mitoxondrial DNT analizlərinin yarısından çoxunun səhv olduğu bildirilmişdir. (166) Xəbərə görə, təkamülçülərin müraciət etdiyi mitoxondrial DNT məlumat bankları səhv işlənmiş məlumatlara əsaslanırdı. Peter Forster adlı araşdırmaçının ortaya çıxardığı bu vəziyyəti Nature jurnalı belə xəbər verirdi:
"Səhvlər o qədər məşhurdur ki, genetiklər insan populyasiyaları və təkamül işlərində səhv nəticələrə gəlirlər ... təkamül ağaclarına istiqamətli səhv-tədqiqat üsulu, bu səhvlərin təxmin ediləndən daha çox olduğunu ortaya qoyur." (167)
Beləcə, Forsterin bu təsbitiylə birlikdə təkamülçülərin işlərində istifadə etdiyi statistik məlumatların güvənilməzliyi daha da irəliləmişdi. Göründüyü kimi, indiki vaxtda yaşayan insanların genlərinə baxıb tamamilə səhv bir üsulla davam etdirilən və yalnız təkamülçü ön fikirlərlə izah olunan genetik analizlər təkamülə dəlil deyil. Mitoxondrial DNT analizlərinin əsassızlığını isbat edən konkret elmi dəlillər bu sahədəki təkamülçü iddiaları boşa çıxarır. Həqiqətən, yaşanmış bir təkamül müddəti olmadığı üçün hər kəs özünə görə ayrı bir ssenari qurur. Mitoxondrial Həvva tezisi də ağır zərbələr alaraq elm tarixinə basdırılmaq üzrə olan təkamül nəzəriyyəsini zorla ayaqda tutma səylərindən biridir.
