Oxu müddəti: ~5 dəq.
Darvinistlərin xəyali iddialarından, digəri də eqoist gen nəzəriyyəsi (gen seleksiya nəzəriyyəsi)dir. Həmin nəzəriyyəyə görə, müəyyən gen növləri həyatda qala bilmə və törəməyə daha yaxşı olan canlılar yaradaraq ya da inkişaf etdirərək öz həyatda qala bilmə imkanlarını artırırlar. Buna görə öz genlərini sonrakı nəsillərə keçirməkdə daha yaxşı olan bitki və heyvan çıxara bilən gen növlərinin dünyaya hakim olacağı iddia edilir. (168)
Nəzəriyyənin etibarsızlığına toxunmadan əvvəl nəzəriyyənin ortaya atılma şəklini də ifadə etməkdə fayda var. Gen seleksiyaçılığı filosofların reduksionizm (reductionism) olaraq adlandırdıqları məntiq yürütməyə bir nümunədir. Reduksionizmçilər insan ağlı da daxil olmaq üzrə hər şeyin maddə əsasına reduksionizm ola biləcəyini iddia edirlər. Ancaq əvvəlki hissədə ətraflı açıqladığımız kimi, həyatın yalnız maddədən ibarət olduğu iddiası açıq-aşkar bir yanılmadır. Bu səbəbdən, bu fəlsəfəni insana tətbiq edən və təkamül nəzəriyyəsinin qatı bir müdafiəçisi olan Riçard Doukinsin iddiaları da səhv, hətta axmaqdır. Doukinsə görə: "Biz həyatda qalma maşınlarıq, genlər kimi bilinən eqoist molekulları qoruya bilmək üçün kor olaraq proqramlaşdırılmış robot vasitələriyik." (169) Richard Doukins, "The Selfish Gene" (Eqoist Gen) adlı kitabında bütün canlıların əslində, "eqoist, mənfəətçi və yalnız özünü çoxaldaraq varlığını qorumağa çalışan genlərdən ibarət olduğunu və həyatın tək məqsədinin DNT-nin həyatda qalması olduğunu" irəli sürür. Halbuki, bu iddia əsassız və son dərəcə ağıldankənar bir fərziyyəyə-genlərin bir ağlı, şüuru və hətta "xarakteri" olduğu fərziyyəsinə-əsaslanır. Bu günümüzdəki materialist reduksionizminin nə cür səhv nəticələrə gələ biləcəyinin bir göstəricisidir.
Bu fərziyyənin axmaqlığını görmək üçün isə, genlərin nə olduğunu xatırlamaq kifayətdir: Genlər bir-birinə calanmış və xüsusi bir "qatlama və qablaşdırma" üsulu ilə sıxışdırılmış DNT hissələridir. DNT isə, təfərrüatlarına əvvəlki hissələrdə toxunduğumuz kimi müəyyən bir şifrəni ehtiva edəcək şəkildə bir-birinə calanmış uzun nəhəng bir molekuldur. Əlbəttə ki, kor və şüursuz atomların bir yerə gəlməsiylə yaranan bir molekulun "eqoist" olması, "özünü artırma yolu ilə çoxalmağı hədəfləməsi" və ya başqa bir şəkildə şüurlu bir məqsədə sahib olması mümkün deyil. DNT-nin təməlində atomlar zənciridir və heç bir atom ağıl və şüura, xüsusilə də "eqoizmə" sahib deyil. Bu səbəbdən, Doukinsin ortaya atdığı "eqoist gen" tezisi ağıl və elmdən kənar bir nağıldan ibarətdir.
Avstraliyalı elm adamı Lucy G. Sullivan, Doukinsi "yazdıqlarının saxta-elmi nəzəriyyələrin yayılmasına yol açdığı və daha çox ədəbiyyatın mövzusu ola biləcək maraq sahələrinin elmə daxil olmasına səbəb olduğu" üçün tənqid etmişdir. (170) Harvard Universitetindən təkamülçü genetik Richard Lewontin Doukinsi "bazarda satılan hekayələrində təsdiqlənməmiş və ya həqiqətə zidd iddialara yer verən" yazarlar arasında saymışdır:
"Kafi dəlilə əsaslanmayan iddialar elm ədəbiyyatının, xüsusilə məşhur elm yazıçılığı ədəbiyyatını doldurur. Carl Saganın "elmin məşhurlaşmasında yer alan ən yaxşı müasir yazıçılar siyahısı E.O Wilson, Lewis Tomas və Riçard Doukinsdən ibarətdir ki, bunların hər biri bazarda satdıqları hekayələrinin içində təsdiqlənməmiş və ya həqiqətə zidd iddialara yer vermişlər." (171)
Şəxsən Doukinsin özü etdiyinin bir tərəfdarlıq olduğunu, tezisinin elmi bir tezis olmadığını etiraf etməklə, bütün bunları təbliğat məqsədli olaraq davam etdirdiyini də gözlər önünə sərir. The Extended Phenotype (Genişləndirilmiş Fenotip) adlı kitabının birinci səhifəsində bunları yazır:
"Bu iş utanmaz bir tərəfdarlıqdır. Heyvan və bitkilərə baxmaq və bunları nəyə görə etdiklərini maraqlanmaq üçün müəyyən bir üsulu müdafiə etmək istəyirəm. Tərəfdarlığını etdiyim şey yeni bir nəzəriyyədir, təsdiqlənə və ya səhv sayıla bilər, yeni bir fərziyyə və ya proqnozlaşdırılması qiymətləndirilə bilən bir model də deyil." (172)
Təkamülçülər insanın ruhunun varlığını qəbul etmək istəmədikləri üçün insanı bir maddə yığınından ibarət olaraq görür, bu səbəbdən bu maddə yığınının bir yerinə bir şəkildə şüur isnad etməyə çalışırlar. Genlərə şüur isnad edəcək qədər əsassız bir iddia irəli sürmələri isə nə qədər çətin vəziyyətdə qaldıqlarının bir göstəricisidir. Qədimdən taxtadan və ya daşdan düzəlmiş bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstlərin yerini hal-hazırda molekullarda, bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu zənn edən təkamülçülər almışdır.
Bu batil inancın nəticəsi olaraq şiddət, cinsi təcavüz, zorakılıq, təcavüzkarlıq, qısqanclıq kimi xüsusiyyətlərin insanlara guya heyvan atalarından miras qaldığı və bu davranışların təkamülün təbii bir nəticəsi olduğu iddia edilir. Bu iddianın əsasında isə, insanın genlərdən ibarət bir maşın olduğu, genlərin isə sanki şüurlu bir varlıq kimi davamlı olaraq təkmilləşmə və həyatda qalma məqsədində olduğu şəklindəki təkamülçü bir batil inanc yatır.
Necə ki, bir kitabın “eqoist” olması, “özünü artırma yolu ilə çoxalmağı hədəfləməsi” və ya hər hansı bir şəkildə şüura sahib olması mümkün deyilsə, eyni vəziyyət DNT üçün də məqbuldur. Çünki, DNT şüursuz və cansız atomlardan ibarət olan bir molekul zənciridir və heç bir molekul ağıl və şüura sahib deyil. Ayrıca, israilli elm adamı Gerald L. Schroeder hüceyrənin bölünərək DNT-ni köçürməsi iddialarının əksinə eqoistcə deyil, fədakarca bir davranış olduğuna diqqət çəkir:
"Meyoz bölünmənin həll edilməyən istiqamətlərindən biri də hüceyrənin fədakar təbiətidir. Bir hüceyrənin niyə xromosomal məlumatının yarısından imtina edib istehsal olunacaq hüceyrənin özünün surəti ola bilməyəcəyinə təminat verən bir razılaşmaya öz istəyiylə qatılsın ki? Mən bu fədakarlığın özünü məhvə işarə etdiyini düşünürəm. Çünki bir valideynin xromosomlarının bir digərinin xromosomları ilə qarışdırması, valideyn uşaqda yenidən tam olaraq həyat tapa bilməyəcəyi üçün bir mənada özünün məhvdir. Tamamilə, eqoist olan bir hüceyrənin bu mövzuda da eqoist davranması heç də təəccüblü bir şey olmazdı ... Fərdin meyoz bölünmədən heç bir qazancı yoxdur." (173)
Bu səbəbdən, eqoist gen iddiasının həqiqətlərlə bir əlaqəsi yoxdur və iddia xəyaldan başqa bir şey deyil. İnsanları heyvan olaraq xarakterizə edən, bir insanı yalnız genlərini daşımaqla və bir sonrakı nəslə köçürməklə məsul bir robot kimi görən darvinist düşüncə, XX əsrdə böyük bir artım göstərən şiddət hadisələrinin, soyqırımların, zalımlıqları, əxlaqi degenerasiyanın da ən böyük məsulu olmuşdur. Çünki bu cür dünyagörüşü bütün zalımlıqları, təcavüzkarlıqlara, əxlaqsızlığa guya elmi bir qanunilik qazandırmışdır. XX əsrin ən böyük qırğınlarını reallaşdıran Hitler belə, özünə darvinizmi dəstək kimi göstərmişdir. Saxta "üstün irq"dən başqa digər irqlərin yaşamalarına ehtiyac görməyən, onları öldürməyi heyvanları öldürməklə bir tutan Hitlerə zalımlığı və təcavüzkarlığı mövzusunda dəstək verən yenə darvinizm olmuşdur.
İnsanların genetik olaraq təcavüzkar, mərhəmətsiz, rəqabətçi, eqoist, qatil ola biləcəyini müdafiə edən darvinizm bütün cinayətləri qanuni göstərmək üçün istifadə edilən cəfəngiyatdır. Hər insan Allahın özünə bəxş etdiyi ruhu daşıyar və özünü yoxdan var edən Rəbbimizə qarşı məsuldur. Allah Quranda özünü özbaşına zənn edənlərə yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini belə bildirir:
İnsan öz başına və məsuliyyətsiz buraxılacağınımı güman edir? Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış (embrion) oldu və (Allah) onu yaratdı və bir surət verdi. "Beləcə ondan, erkək və dişi olmaqla iki cüt yaratdı. (Elə isə o Allah) ölüləri diriltməyə qadir deyildirmi? (Qiyamət surəsi, 36-40)

