Həyatın Mənşəyi
AZEN

Darvinin məntiqdən və elmdən kənar formulu

Şeytanın Oyunu Pozulmuşdur

Oxu müddəti: ~1 dəq.

Darvinizm dünya tarixinin ən əhatəli və ən təəccübləndirici yalanı olaraq tarixə düşmüşdür. Milyardlarla insanın sanki hipnoza düşmüş kimi bu yalana aldanması, bütün məntiqsiz iddialarına baxmayaraq, darvinizmdən təsirlənməsi, əslində, möcüzəvi haldır. Bu günə qədər dünya səviyyəsində təkamül nəzəriyyəsinə dəstək verilməsi və bu nağılın bu cür qəbul edilməsi şeytanın insanlar üzərindəki oyunudur. Şeytan darvinizmi irəli sürərək böyük kütləni idarə edir.

Yaxın tarixə qədər heç kim şeytanın bu oyununu pozmağa və insanlara həqiqəti göstərməyə cəsarət etməmişdir. Lakin yaşadığımız əsrdə şeytanın bu oyunu tamamilə pozulmuşdur. Bu saxtakarlığın cavabı hərtərəfli izah edilmiş, cəmiyyətlər bu haqda tam şəkildə maarifləndirilmişdir. Allahın izni ilə, darvinizmin süqutu dayandırılması mümkün olmayan həddə çatmışdır. Darvinist dünya imperiyasındakı təşvişin əsl səbəbi də budur.

Bu kitabın bir bölməsində yer verdiyimiz fosillər darvinist-materialist ideologiyaya vurulan ağır elmi zərbənin nümunəsidir. Bu kitabda qeyd edilən fosillərin hər biri canlıların təkamül keçirmədiyini bəyan edir. Burada müəyyən sayda nümunələri göstərilmiş 600 milyondan artıq fosil təkamül prosesinin xəyal və nağıl olduğunu sübut edən dəlildir. Yüz milyonlarla fosil canlıların heç vaxt dəyişmədiklərini, keçid mərhələlərdən keçmədiklərini və bütün orqanları ilə bir anda mövcud olduqlarını göstərir. Yaradılışı sübut edən yüz milyonlarla fosil tapıldığı halda, bircə keçid forma fosili belə yoxdur. Bunun mənası isə aydındır: təkamül yoxdur, yaradılış elmi həqiqətdir. Bu həqiqət qarşısında darvinistlərin təqdim edə bildikləri hər hansı dəlil, müdafiə edə bildikləri hər hansı izahları yoxdur. Məhz buna görə də fosillər darvinizmə fikri cəhətdən öldürücü zərbəni endirmişdir.

100 Milyon İllik Timsah Fosili Timsahlar yaşayan fosil nümunələrindən biridir. Bütün bədən quruluşları qüsursuz şəkildə birdən-birə üzə çıxmış və yüz milyon ild
100 Milyon İllik Timsah Fosili Timsahlar yaşayan fosil nümunələrindən biridir. Bütün bədən quruluşları qüsursuz şəkildə birdən-birə üzə çıxmış və yüz milyon ildən çoxdur ki, (timsahların 140 milyon illik fosilləri mövcuddur) heç bir dəyişiklik keçirmədən dövrümüzə qədər gəlib çatmışdır. Şəkildəki 100 milyon illik timsahla dövrümüzdəkilər arasında fərqin olmaması bu həqiqəti bir daha vurğulayır.