Oxu müddəti: ~2 dəq.
Bir çox insan təkamül nəzəriyyəsinin elmi mövzu olduğunu və alimlər qədər biliyə sahib olmayanların darvinizmi anlaya bilmədiklərini, bu haqda müzakirə aparmağın yersiz olduğunu zənn edirlər. Belə ki, darvinistlər də bu yanlış düşüncəni yaymaq üçün latınca sözlərdən və xalqın bilmədiyi elmi terminlərdən istifadə edir, qarışıq izahlar verir, tez-tez demaqoqluğa əl ataraq və boş şüarlar səsləndirərək hər hansı elmi mövzudan bəhs etdikləri təəssüratını yaratmağa çalışırlar.

Halbuki darvinizmin əsas iddiası tamamilə elmə ziddir və bu iddiadakı məntiqsizlik ibtidai sinif şagirdlərinin anlayacağı qədər açıqdır. Guya ibtidai dünya mühitində palçıqlı su hövzəsində, necə olduğu izah edilə bilməyən formada ilk hüceyrə əmələ gəlmiş, sonra təsadüflər bu hüceyrədən heyvanları, bitkiləri, insanları və mədəniyyətləri əmələ gətirmişdir. Yəni bütün insanlar və mədəniyyət, bütün bitki və heyvan aləmi guya bol miqdarda palçığın, uzun zamanın və təsadüfün əsəridir.
Məntiq əskikliyi yaşayan darvinistlərə görə, şüuru olmayan bu maddələr ağıllı və vicdanlı, düşünən, sevən, mərhəmət göstərən, mühakimə qabiliyyətinə sahib, tablolar və heykəllər düzəldən, simfoniyalar bəstələyən, romanlar yazan, göydələnlər inşa edən, atom reaktorlarını quran, xəstəliklərin səbəbini tapan və şəfaya səbəb olan dərmanlar hazırlayan, siyasəti yönləndirən insanları əmələ gətirmişdir.
Müəyyən müddət keçdikdən sonra təsadüflər nəticəsində palçıqlı sudan aslanlar, pələnglər, dovşanlar, marallar, fillər, pişiklər, itlər, kəpənəklər, milçəklər, timsahlar, balıqlar və quşlar çıxmışdır. Həmçinin bu palçıqdan bir-birindən fərqli qoxusu və dadı olan müxtəlif meyvələr və tərəvəzlər, portağallar, çiyələklər, bananlar, almalar, üzümlər, pomidorlar, bibərlər, bənzərsiz görünüşləri ilə çiçəklər və digər bitkilər çıxmışdır.
Qısası, Çarlz Darvindən bu günə qədər saysız-hesabsız təkamül məqalələrində, kitablarda, filmlərdə, qəzet xəbərlərində, jurnal yazılarında və televiziya proqramlarında danışılan nağıl təsadüfən bataqlıqdan ortaya çıxan canlıların ssenarisindən ibarətdir.
Yəni siz bir darvinistə “bu mədəniyyət necə əmələ gəldi?”, “bu qədər fərqli canlı növü necə meydana çıxdı?”, “insan necə yarandı?” suallarını versəniz, sizə verəcəyi cavab müxtəsər şəkildə budur: təsadüflər müəyyən zaman ərzində bir bataqlığın içindən bütün bu sayılanları əmələ gətirdi.
Şübhəsiz ki, bu cür hekayəyə inanmaq üçün ya ağılsız olmaq, ya da dərk etmə və düşünmə qabiliyyətindən tamamilə məhrum olmaq lazımdır. Lakin ən təəccüblüsü isə odur ki, bu cür ağıldan və məntiqdən uzaq olan bir nəzəriyyə illər ərzində dəstək görmüş, elm adı altında gizlənərək davamlı təlqin edilmişdir.

