Həyatın Mənşəyi
AZEN

Darvinin məntiqdən və elmdən kənar formulu

Darvinizmin Yalanları İfşa Olunmuşdur

Oxu müddəti: ~2 dəq.

Təkamülçülərin xəyal gücündən istifadə etməklə ortaya atdıqları atın təkamülü sxemləri elmi deyil. Dünyanın fərqli yerlərində fərqli dövrlərdə yaşamış, fərqli c
Təkamülçülərin xəyal gücündən istifadə etməklə ortaya atdıqları atın təkamülü sxemləri elmi deyil. Dünyanın fərqli yerlərində fərqli dövrlərdə yaşamış, fərqli canlı növlərinə aid fosil nümunələri bir-birinin arxasına qoyularaq düzəldilmişdir. Əslində isə, belə bir təkamül prosesi heç vaxt baş verməmişdir. Təkamül Ağaci Saxtakarliği Təkamülçülər nəsli kəsilmiş meymunlara və keçmişdə yaşamış bəzi insan irqlərinə aid kəllə sümüklərindən istifadə edərək xəyali təkamül ağacı düzəltməyə çalışırlar. Lakin elmi dəlillər buna fürsət vermir.

19-cu əsrin ibtidai şəraitində irəli sürülən təkamül nəzəriyyəsinin inkişaf edən elm və texnologiyanın kəşfləri ilə əsassızlığı sübut edilmiş, Darvinin iddialarının heç bir əsasının olmadığı məlum olmuşdur. Təkamül prosesinin mexanizmləri olaraq irəli sürülən təbii seçmə və mutasiyaların yeni canlı növləri əmələ gətirməsinin mümkün olmadığı məlum olmuşdur.

Darvinizmə əsas zərbəni vuran isə fosillər olmuşdur. Darvinin iddiasına əsasən, bütün canlı növləri bir ibtidai əcdaddan əmələ gəlmişdir. Bu iddianın sübut edilməsi üçün canlı tarixinin sənədi olan fosil qeydlərində bu saxta ibtidai əcdadı və bu xəyali əcdaddan növlərin necə inkişaf etdiyini göstərən izlər olmalı idi. Məsələn, əgər darvinistlərin iddia etdiyi kimi, bütün məməlilər sürünənlərdən törəyibsə, mütləq yarı sürünən, yarı məməli canlıya aid fosil tapılmalı idi. Aparılan tədqiqatlarda bir çox canlı növlərinə aid milyonlarla fosil əldə edilmişdir. Lakin canlı növləri arasında keçid olduğunu göstərən bircə fosil belə tapılmamışdır. Tapılan bütün fosillər canlıların sahib olduqları bütün xüsusiyyətlərlə, qüsursuz şəkildə və ani surətdə ortaya çıxdıqlarını, yəni yaradıldıqlarını göstərir.

Bu həqiqət qarşısında təkamülçülər müxtəlif yalanlara baş vurdular. Paleontologiyanın üz qarası kimi qəbul edilən saxta fosillər hazırladılar. Nəsli kəsilmiş bəzi canlılara aid fosillər üzərində dəyişikliklər edərək və müxtəlif ssenarilər irəli sürərək insanları aldatmağa çalışdılar.

Bu ssenarilərin ən məşhuru “atın təkamülü” nağılıdır. Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada müxtəlif dövrlərdə yaşamış, müxtəlif növ canlılara aid fosillər təkamülçülərin xəyal gücləri sayəsində kiçikdən-böyüyə doğru düzülərək saxta sxem hazırlandı. Müxtəlif tədqiqatçıların irəli sürdükləri 20-dən çox atın təkamülü sxemi vardır.

Hər biri digərindən fərqli olan bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir birliyi yoxdur. Bu ardıcıllıqdakı yeganə ortaq məqam təxminən 55 milyon il əvvəl Eosen dövründə (54-37 milyon il) yaşamış eohippus (hyracotherium) adlı itəbənzər canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Halbuki atın milyonlarla il əvvəl yox olmuş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və oxşarlığı olmayan daman (hyrax) adlı heyvanın, demək olar ki, eynisidir.56

Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis) fosilləri tapılmışdır.57 Bu, hazırda yaşayan at ilə onun iddia edilən əcdadının eyni dövrdə yaşadığını göstərir. Bu da atın təkamülü prosesinin heç vaxt baş vermədiyinin sübutudur.

Təkamülçülərin irəli sürdükləri atın təkamülünün aqibəti quşların, balıqların, sürünənlərin və məməlilərin, qısası, bütün canlı növlərinin xəyali ortaq əcdadları və iddia edilən nəsil ağacları üçün də qüvvədədir.