Həyatın Mənşəyi

Təkamülçü psixologiya cəfəngiyatı

Genetik determinizmin sonu

Oxu müddəti: ~7 dəq.

İnsan genomunun düzülməsinin və analizinin yayımlanması ilə yanaşı, DNT-nin böyük gücə malik olduğuna və genlərin kim olduğumuzun təyin olunmasında əhəmiyyətli rolunun olduğuna dair geniş yayılmış fikir meydana gəldi. Demək olar ki, hər gün qəzetlərdə genlərimizin sözdə nəzarət etdiyi bir xüsusiyyətimizin xəbəri ilə qarşılaşmağa başladıq. “Elm adamları dahilik genini nişan alır”; “Kennedi tragediyaları risk geninə bağlandı”; “Elm adamları qardaşlar üzərindəki araşdırmaların “homoseksual geni” olduğunu sübut etdiyini deyir”… Şizofreniyadan qısqanclığa, alkoqolizmdən televiziya vərdişinə qədər hər şeyin geninin olduğuna dair xəbərlər tez-tez elmi və elmi olmayan nəşrlərdə yer alır.

Bütün bu xəbər başlıqlarına baxan insanlar isə insan genomu haqqında müəyyən şeylər öyrəndikcə insanın zəkasından xarakterinə, müvəffəqiyyətlərindən müvəffəqiyyətsizliklərinə qədər hər cür xüsusiyyətinin genlərində kodlu olduğunu görəcəyimizi sandılar. Bəziləri həyatımızın bir düsturdan ibarət olduğu səhvinə inanmağa başladı.

Bunu ifadə etmək lazımdır ki, insan genomu üzərinə görülən işlər son dərəcə qiymətlidir. Bundan başqa, insanın genetik quruluşu üzərində aparılan araşdırmalar bəzi fiziki xəstəliklər haqqında əhəmiyyətli məlumatların əldə edilməsinə də vasitəçi olmuşdur. Ancaq insan genomu layihəsini idarə edənlərin və mövzu ilə maraqlanan elm adamlarının da açıq şəkildə ifadə etdiyi kimi, bu vəziyyət genlərə həqiqətdən kənar bəzi rolları yükləməyə cəhd etməyi heç bir şəkildə açıqlaya bilməz. Aparılan araşdırmalar insanların xarakter, davranış və düşünmələrində genlərin diqqətə alınmayacaq qədər kiçik rolunun olduğunu, hər xarakter üçün bir genin olmasının isə qeyri-mümkün olduğunu ortaya qoyur. Məsələn, “Cəmiyyətdə elm” adlı institutdan Mey-Van Ho “The human genoma map, the death of genetic determinism and beyond” (İnsanın genom xəritəsi, genetik determinizmin sonu və sonrası) başlıqlı məqaləsində belə deyir:

Genlərin sayı son on ildir irəli sürüldüyü kimi, genlərin yalnız bədənimizin quruluşunu və hansı xəstəliklərə tutulacağımızı deyil, eyni zamanda, davranışlarımızı, zehni qabiliyyətlərimizi, cinsi seçimlərimizi və cinayətə meyili də təyin etdiyi yönündəki artıq dərəcədə məntiqsiz iddianı dəstəkləyə biləcək qədər kafi deyil.188

İnsan genomu layihəsini icra edən iki quruluşdan biri olan Milli İnsan Genomu Araşdırma İnstitutunun başçısı F.S.Kolins də insanı insan edənin genlərinin olmadığını çox açıq və qəti şəkildə açıqlayır. Kolins “Have no fear. Genes aren’t everything” (Qorxmayın. Genlər hər şey deyil) başlıqlı yazısında bunları söyləyir:

İnsan genomu üzərində aparılan on illik işlər genetik determinizmlə əlaqədar qorxuların yersiz olduğunu göstərən kifayət qədər dəlil təqdim etdi. Açıq olaraq göstərdi ki, biz insanlar genetik hissələrimizin cəmindən daha çoxuyuq. Söyləməyə ehtiyac yoxdur, genlərimiz insanın inkişafında və bir çox insan xəstəliyinin ortaya çıxmasında əhəmiyyətli rol oynayır. Ancaq zəif və güclü texnologiyanın vasitəsilə tək yumurta və cüt yumurta əkizləri üzərində aparılan molekulyar çalışmalar insan təcrübəsində genlərin hər şeyi təyin edən amil olmadığını dəqiqləşdirdi.189

Kolins eyni məqaləsində genlərin insan davranışları üzərində də əhəmiyyətli təsirinin olmadığını ifadə edir. Bir cinayətkarın DNT-sinə baxıb “genetik olaraq cinayətə meyilli” olduğunu araşdırılmasının və buna görə cəza təyin olunmasının isə haqsız nəticələr ortaya çıxardığını açıqlayır:

Bəs, zəka və təcavüzkar davranış kimi xəstəliklərlə əlaqədar olmayan xüsusiyyətlər?… Şiddətlə əlaqədar bir genin olmasının min illik azad iradə anlayışımız üzərində dərin təsiri ola bilərdi və ədalət tərəzisini iki təhlükəli yöndə əyə bilərdi. Əgər şiddət ehtiva edən bir cinayətkar bu genə sahibdirsə, vəkili DNT müdafiəsindən istifadə edə bilərdi. (Əgər bu cinayət genlərdədirsə, adam təmizdir!) Və müdafiə zamanı hakim və münsif heyəti onun hərəkətlərinə görə məsuliyyət daşımadığına qərar verə bilərdi. Bununla yanaşı, heç şiddətə yol verməyən, ancaq şiddət geni olan birisinin həyatının yerdə qalan hissəsində cinayət şübhəlisi kimi görüldüyü (hətta müasir cüzzamlılar düşərgəsinə göndərildiyi) bir ssenari də düşünülə bilər.

Əgər genlər, həqiqətən, davranışlara nəzarət etsəydi, itirdiyimiz təkcə ədalət sistemimiz və bu sistemin ən əhəmiyyətli qanunu olan bərabər qoruma olmayacaqdı. Bu vəziyyətdə bərabər fürsət anlayışımız necə qalardı? Bəs yaxşı, əxlaq düşüncəsi necə olardı? “Gattaca” adlı filmdə təsvir edilən qorxuducu “genotocracy”ni (bir insanın yaşca böyük olduğuna görə, fikirlərinin doğru qəbul edilməsi) düşünün. Uşaqların doğulduqdan dərhal sonra DNT-lərində yazılan zehni qabiliyyətlərinə və peşə potensiallarına görə kastalara ayrıldığı bir dünya.190

Kolins məqaləsində insanlara aid davranışların genlərdə kodlu olduğu iddiasının məntiqsizliyini bioloq C.C.Makfaddenə isnadən bir bənzətmə ilə belə izah edir:

Bioloq C.C.Makfadden tərəfindən təqdim edilən bir bənzətmədən istifadə etsək, xüsusi davranışlarımızı və zehnimizin digər məhsullarını kodlaşdıran genləri axtarmaq “İmperator” konsertini tapmaq üçün bir skripkanın tellərini və ya pianonun düymələrini araşdırmağa bənzəyir. Əslində, insan genomu təxminən 30 min genimizdən hər birinin molekulyar biologiya kimi bilinən, fövqəladə və böyük konsertdə çalınan xüsusi bir aləti təmsil edən ən böyük orkestrlərdən biri olaraq düşünülə bilər. Hər alət əhəmiyyətlidir və hər biri doğru (və olduqca kompleks) səsi meydana gətirmək üçün ahəng içində olmalıdır. Bənzər şəkildə, genlər də beyinin inkişafı üçün son dərəcə əhəmiyyətlidir və funksional neyron və neyromediatorlar çoxaltmaq üçün “ahəng içində” olmalıdırlar. Ancaq bu qətiyyən genlərin ağıl meydana gətirdiyi mənasını vermir, eyni bir alt (musiqi aləti) və ya pikkolonun (kiçik fleyta) sonata yaza bilmədiyi kimi.191

Kolins yazısının sonunda isə çox əhəmiyyətli bir həqiqətə yer ayırır. İnsanı insan edən xüsusiyyətlərin DNT-dən qaynaqlanmadığını bilməyimizin başqa bir əhəmiyyətli səbəbinin olduğunu deyən Kolins Allahın üstün yaratmasına diqqət çəkir:

Bir çoxumuz üçün DNT-nin insan olduğumuzun əsas maddəsi olduğu fikrini rədd etmək üçün elmin mexanizmindən kənar əlavə güclü bir səbəb var. Bu, çox böyük bir gücün varlığına olan inancdır… Bəzi elm adamları və yazıçılar mənəvi meyili tamamilə xurafat olaraq qəbul edirlər (şübhə yoxdur ki, bu onların böyük yanılmasıdır). Necə ki, R.Dokinz: “Bizlər DNT tərəfindən inşa edilmiş və məqsədi eyni DNT-nin nüsxələrini çıxarmaq olan mühərriklərik. Bu, hər canlı maddənin yaşamağı üçün tək səbəbidir”, – demişdir. Həqiqətən, elədirmi? İnsan olmağı bir bakteriya və ya böcək olmaqdan ayıran bir şey yoxdurmu?

Genetik və molekulyar biologiya hər bir dövrdə və bütün insan mədəniyyətlərində ortaq olan ümumdünya doğru və səhv anlayışının necə ortaya çıxdığını açıqlaya bilərmi? Yunanca “agape” (mərhəmət-sevgi) deyilən eqoist olmayan sevginin səbəbini açıqlaya bilərmi? DNT-miz riskə girsə belə, başqaları üçün fədakarlıq etməsinin səbəbini açıqlaya bilərmi? Təkamüli psixoloqlar genlərin təsirli şəkildə yayılmasına mane olan insan davranışları üçün müxtəlif şərhlər önə sürərkən bu iddialar bizə doğru görünmür.

Elmin varlığımızın sirlərini təkbaşına əlində tutduğu fikri sərbəst şəkildə bir din halına gəldi… Elm, əlbəttə ki, təbiəti anlamağın doğru yoludur; ancaq elm bizə təbiətin və bununla yanaşı, elmi sahənin xaricində qalan insan şəxsiyyətinin başqa yönlərinin olduğunu inkar etməyimiz üçün heç bir səbəb vermir.192

Kolinsin də diqqət çəkdiyi kimi, şəkər, fosfat və karbon-hidrogen-azot-oksigen birləşmələrindən əmələ gələn molekul zəncirlərinin insana sevgi, bağlılıq, sənətdən zövq alma, sevinmə, analıq hissi, sahib çıxma, istək, fədakarlıq kimi hissləri qazandırmağı qeyri-mümkündür. İnsan ruhu yox sayıldığında yalnız ət və sümük yığınıdır. Bu ət və sümük yığınının düşünməyini, riyazi hesablar aparmağını, yediyi yeməyin ləzzətindən zövq almağını, görmədiyi bir dostundan ötrü darıxmağını, gördüyü gözəllikdən xoşlanmağını təmin edən və özləri də maddi varlıq olan genlər deyil. İnsan Allahın yaratdığı, bədənindən ayrı olaraq ruh verdiyi bir varlıqdır. İnsan, bədənindən, genlərindən, beynindən və hüceyrələrindən ayrı və fərqli bir varlıqdır. İnsanın ruh sahibi olan varlıq olduğu Quranda belə xəbər verilmişdir:

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələgətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

İnsanın ruhu Allahın Özündən üflədiyi ruhdur. Allahın varlığını və insanın sahib olduğu metafizik xüsusiyyətləri qəbul etmək istəməyən təkamülçü materialistlər “hər şeyin genlərdə kodlu olduğu” yalanını qarşıya qoyub insanları bu həqiqətdən uzaq tutmaq istəyirlər. Halbuki, genlərin insan ruhunu yarada bilmədiyi hamıya məlumdur; buna kor-koranə inanmışlar.

Bu azğın inanc, əslində, yeni deyil. Tarix boyu bütpərəstlik olaraq bilinmişdir. Qədim bütpərəstlərin taxtadan oyduqları bütlərin öz ilahları olduğunu iddia etdiyi kimi, təkamül nəzəriyyəsi də genləri saxta ilahlar olaraq qəbul edir, hər şeyin məqsədi və yaradıcısı olduğunu iddia edirlər (Allahı tənzih edirik). Ancaq bu son dərəcə ibtidai və doqmatik dünyagörüşünün səhv olduğu (təkamül nəzəriyyəsinə dayaq olduğu ümid edilən) elmi tapıntılarla sübut edilmişdir. Genlərlə əlaqədar ən əhəmiyyətli və tarixi araşdırmanın başında gələn elm adamı Kolins də təkamülçülərin sözdə ilah elan etdikləri genlərin heç bir güclərinin olmadığını və insanın genlərindən kənar metafizik bir varlığın olduğunu açıq şəkildə ifadə edir.

Bütpərəstlik, yəni heç bir gücü olmayan maddi varlıqlara ilahlıq ətf etmək, tarix boyunca davam edən bir inkarçı ənənəsidir. Dövrümüzdə bu ənənəni təkamülçü zehniyyətlə davam etdirirlər. Allah Quranda heç bir gücü olmayan varlıqları ilah qəbul edənlər haqqında belə buyurur:

Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları özlərinə tanrılar qəbul etdilər. (Furqan surəsi, 3)

Allah inkarçıların azğın inancını bir başqa ayədə belə açıqlayır:

De: “Başqa tanrı güman etdiklərinizi çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə qadir deyillər!” (İsra surəsi, 56)

Allahın ağıl sahibi olan insanlara əmri isə budur:

“Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!” – deyə buyurulmuşdur. (Yunis surəsi, 106)

İstinadlar

  1. Mae-Wan Ho, The Human Genome Map, the Death of Genetic Determinism and Beyond, ISIS Report, 14 Şubat 2001; http://www.i-sis.org.uk/HumangenTWN-pr.php ↩
  2. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, “Have no fear. Genes aren’t everything”, The New Republic, 06/25/2001 ↩
  3. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, “Have no fear. Genes aren’t everything”, The New Republic, 06/25/2001 ↩
  4. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, “Have no fear. Genes aren’t everything”, The New Republic, 06/25/2001 ↩
  5. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, “Have no fear. Genes aren’t everything”, The New Republic, 06/25/2001 ↩