Həyatın Mənşəyi

Təkamülçü psixologiya cəfəngiyatı

Dokinz və eqoist genləri daşıyan robotlar

Oxu müddəti: ~4 dəq.

Sosiobiologiyanın və günümüzdəki davamı olan təkamüli psixologiyanın genlər haqqındakı elmdən kənar iddialarının nəticəsində Oksford Universitetindən təkamülçü zooloq Riçard Dokinz tərəfindən məşhurlaşdırılan “eqoist gen” yalanı ortaya çıxdı.

Dokinz kimi təkamülçülərə görə, bir canlının ən əhəmiyyətli hədəfi həyatda qalmaq, törəmək və beləliklə, genlərini qoruyaraq gələcək nəsillərə köçürə bilməkdir. Bu iddianın təməli isə tamamilə xəyali bir ssenariyə əsaslanır.

Təkamül nəzəriyyəsinin bu ssenarisinə görə, bir zamanlar cansız kimyəvi maddələr necə oldusa, özlərini təşkil etdilər və öz-özünün üzünü çıxara bilən DNT əsaslı bir sistem meydana gətirdilər. Bu xəyali kimyəvi şorbadan çıxan ilk orqanizm isə çoxalmaq xaricində bir işə yaramayan bir gendir. Bu gen necə oldusa, özünün üzünü çıxarmağa “qərar vermiş”, bu işə başlamış və yeni genlər çıxarmışdır. Bu nüsxə çıxarmalar əsnasında meydana gələn səhvlər nəticəsində fərqli xüsusiyyətlərə sahib genlər meydana gəlmişdir. Bir zaman sonra isə hər necə oldusa, bu genetik vəsaitlər müxtəlif bədənlər inkişaf etdirməyi “öyrəndilər” və beləliklə, özlərini daşıyan və daha təsirli şəkildə çoxalda bilən mühərriklər çıxardılar. Ən yaxşı bədəni kodlaşdıran genlərin bu sayədə digərlərinə görə daha təsirli şəkildə nüsxələri çıxarılmışdır. Təkamülçülər səbəbini və necə olduğunu heç bir şəkildə açıqlaya bilmədikləri bu nağılın nəticəsində bu bədənlərin zamanla şəkil və funksiya baxımından daha da inkişaf etdiyini iddia edirlər. Heç bir elmi dəlili olmayan, reallaşması qeyri-mümkün olan bu hekayə müasir darvinizmin təməl iddialarından biridir. Halbuki, təkamülçülər də çox yaxşı bilir ki, insan bədəninin tək bir orqanı yox, heç bu orqanı meydana gətirən hüceyrələr və bu hüceyrələrin əsas elementləri belə öz-özünə meydana gələ bilməz.

Dokinz isə təkamül nəzəriyyəsinin bu nağılını əsas tutub təkamülün, əslində, genlər arasındakı rəqabət olduğunu iddia etmiş və buna bağlı olaraq insana qarşı olan azğın dünyagörüşünü “The selfish gene” (Eqoist gen) adlı kitabında belə yekunlaşdırmışdır:

Bizlər genlər olaraq bilinən eqoist molekulları qorumaq üçün gözü bağlı şəkildə proqramlaşdırılmış həyatda qalan mühərrik və robot vasitələriyik. Bu, məni hələ heyrətləndirən bir həqiqətdir. Bunu illərdir bildiyimə baxmayaraq, heç vaxt bu fikrə tamamilə alışa bilmədim. Arzularımdan biri başqalarını da heyrətləndirməyi bacarmaqdır.184

Yuxarıda da göründüyü kimi, Dokinzin məntiq xarici iddiasına görə, insan yalnız gen daşıyan bir robotdur. Bu dünyadakı tək yaranma məqsədi isə daşıdığı genlərini çoxaltmaq, onu digər genlərlə rəqabətdə dəstəkləmək və sonrakı nəsillərə köçürməkdir. İnsan ruhunun varlığını görməzlikdən gəlib insanı mexaniki bir vasitəyə bənzədən bu iddianın heç bir həqiqi istiqamətinin olmadığı açıq şəkildə ortadadır.

Buna qarşı, insana materialist şərh gətirmək istəyən bir çox təkamülçü Dokinzin heç bir elmi əsası olmayan bu nəzəriyyəsini dəstəkləmişdir. Uilson da “Human Nature” adlı kitabında insanın yalnız genləri ilə əhəmiyyət və məqsəd qazandığını iddia edir:

… Bizimki də daxil olmaqla, heç bir növ genetik tarixi (yəni təkamül) tərəfindən yaradılan zərurətlər xaricində bir məqsəd daşımır… Bir növ öz bioloji təbiəti xaricində hər hansı bir məqsədə sahib deyil.185

Elmi dayağı olmayan bu materialist inanca görə, əgər tək məqsəd genlərin davamıdırsa, genləri qorumaqla vəzifəli olan insanın heç bir əxlaqi dəyəri ola bilməz. Genlərinin mənfəətləri üçün mümkün qədər eqoist və mərhəmətsiz olmalıdır. Dokinz və tərəfdarlarına görə, bu rəqabətdə qazanan eqoist olanlardır. Dokinz bu azğın darvinist fikri “Eqoist gen” adlı kitabında belə bildirir:

Biz və digər bütün heyvanlar genlərimiz tərəfindən yaradılan mühərrikik. Müvəffəqiyyətli Çikaqo qanqsterləri kimi genlərimiz bəzi durumlarda milyonlarla ildir ki, rəqabət dünyasında həyatda qaldılar… Bu, bizə genlərimizdən bəzi xüsusiyyətlər gözləmə haqqı qazandırır. Müvəffəqiyyətli bir gendən gözlənilən ən əhəmiyyətli xüsusiyyətin zalım eqoizm olduğunu iddia edirəm. Bu gen eqoizmi insanların davranışlarında da eyni şeyə səbəb olur. Yenə də gördüyümüz kimi, bir genin eqoist məqsədləri ilə məhdudlaşan fədakarlığı göstərib çatacağı bəzi xüsusi vəziyyətlər vardır. Son cümlədəki “xüsusi” və “məhdud” sözləri əhəmiyyətlidir. Hər nə qədər əksinə inanmaq istəsək də, növlərin universal sevgi və köməkləşməsi təkamüli baxımdan məna ifadə etməyən anlayışlardır.186

Dokinzin cəhalət məhsulu olan bu nəzəriyyəsinə görə, insanın daşıdığı genlər eqoist olduğundan insan da eqoistdir. Bu vəziyyətdə “eqoist robotların” eqoist genlərini qorumaq və çoxaltmaq üçün hər cür yolu sınayacaqları gözlənilməlidir. Bu cür varlıqların mənfəətləri üçün cinayət işləməməklərinə, oğurluq etməməklərinə və ya təcavüz etməməklərinə heç bir səbəb qalmır. “Eqoist mühərriklər”in əxlaq qaydalarının olması, sağlamfikirli, vicdanlı davranmaları gözlənilə bilməz. Məsələn, bir insanın mənfəəti üçün bir başqasını öldürməsi bu vəziyyətdə cinayət və ya əxlaqsızlıq deyil, genetik bir zərurətdir. Genlər eqoist olduğu üçün davranışlar da eqoistdir. Göründüyü kimi, Dokinzin insana baxış yönü son dərəcə əhəmiyyətli təhlükələr, cəmiyyət əxlaqını parçalamağa istiqamətli qorxunc təlqinlər ehtiva edir.

Halbuki, eqoist gen iddiası son dərəcə məntiqsiz və cəfəngdir. Dokinz və bənzərləri genləri sanki şüur, iradə və gücə sahib olan varlıqlar kimi izah edirlər. Halbuki, genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkərlə bir-birinə birləşdirilmiş uzun bir nükleik turşusu nərdivanıdır. Yəni uzun bir molekuldur. H2O və ya H2SO4 (sulfat turşusu) necə bir molekuldursa, DNT də elə bir molekuldur. “Eqoist su”dan, “eqoist duz”dan və ya “qısqanc sulfat turşusu”ndan bəhs edə bilmədiyimiz kimi, eqoist genlərdən də danışa bilmərik.

Təkamülçülər insanı bir maddə yığınından ibarət kimi göstərməyə və bu maddə yığınına müəyyən şəkildə şüur təyin etməyə çalışırlar. Genlərə şüur təyin edəcək qədər əsassız bir iddia irəli sürmələri isə təkamül nəzəriyyəsinin düşdüyü vəziyyəti göstərməsi baxımından ibrət vericidir. Keçmişdə taxta və ya daşdan düzələn bütlərin ağıl və şüura malik olduğunu zənn edən bütpərəstliyin yerini dövrümüzdə molekullarda, bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüurun olduğunu iddia edən darvinizm almışdır.

İstinadlar

  1. Richard Dawkins, The Selfish Gene, 1976 baskısının önsözü, Oxford: Oxford University Press ↩
  2. E.O. Wilson, On Human Nature, Cambridge, Mass.: Harvard University Press, 1978, s. 2-3 ↩
  3. Richard Dawkins, The Selfish Gene, İkinci Baskı,1989, Oxford: Oxford University Press., s.2 ↩