Həyatın Mənşəyi

Darvin-Hitler koalisiyasının nəticəsi: 40 milyon ölü

Nasist Almaniyasında təkamül və müharibə

Oxu müddəti: ~3 dəq.

Sosial darvinizmin azğın təlqinlərinə görə, müharibə cəmiyyətləri inkişaf etdirən və ən uyğun olanların seçilməsini, zəiflərin isə ələnməsini təmin edən bir yoldur. Bu yanlış cərəyan müharibəni yalnız zəif irqləri yox etdiyi üçün deyil, eyni zamanda, üstün irq içindəki zəif üzvləri yox etdiyinə görə də müsbət güc olaraq qəbul edir. Buna görə, sosial darvinizm müharibəni təsdiqləyir və təşviq edir. Nasistlər də eyni sosial darvinist məntiqlə müharibəni mənimsəmişlər. Robert Klark “Darvin: əvvəli və sonrası” adlı kitabında Hitlerin müharibəyə baxış yönü ilə əlaqədar olaraq “Mənim mübarizəm”i qaynaq göstərib aşağıdakı bilgiləri verir:

Hitlerin Millətlər Cəmiyyətinə, müharibəyə və sülhə yanaşması eyni prinsiplərə əsaslanır. “Bir dünya məhkəməsi… bir zarafat olardı…. Təbiət tamamilə gücün və zəifin qüvvətli mübarizəsidir, güclünün zəif üzərindəki sonsuz zəfəridir. Əgər belə olmasaydı, təbiətin daxilində pozulmanın xaricində bir şey olmazdı. Bu ən əsas qanunu pozan dövlətlər tənəzzül edər. Yaşayan döyüşməlidir. Daimi mübarizənin həyatın bir qanunu olduğu bu dünyada döyüşmək istəməyən isə yaşamaq haqqına sahib deyil. Başqa cür düşünən təbiəti alçaldar. Kədər, bədbəxtlik və xəstəlik də aldığı sərt qarşılıqdır”.99

İxtilafçı ideologiya və müharibə isteriyası sosial darvinizmlə birlikdə güclənmiş, darvinist təlqinlər bu meyilləri qızışdıran və bütün bir cəmiyyət tərəfindən mənimsənməsinə səbəb olan çox güclü və təsirli bir katalizator olmuşdur. İrqçilik, qarşıdurma və müharibə həsrəti bu minvalla ilk dəfə sözdə elmi dayaq tapmış və elmin nüfuzuna əsaslanıb cəmiyyətə rədd edilməz bir həqiqət kimi təqdim edilmişdir. Nasist dövrünün təkamülçü nəzəriyyəçilərindən A.E.Uiqamın 1922-ci ildə nəşr olunan kitabında yazdıqları o vaxtlar alman fikir dünyasında olduqca çox rast gəlinən yalanlardan birini əks etdirməsi baxımından diqqəti cəlb edir:

Bir zamanlar insanların beyinləri əmioğluları olan insanabənzər canlılardan çox az böyük idi. Amma təpikləməklə, dişləməklə, döyüşməklə… və düşmənlərini hiyləgərliklə məğlub etməklə və bunları edəcək qabiliyyətə sahib olmayanları öldürməklə insanların beyinləri böyüdü və həcm baxımından olmasa da, çeviklik və ağıl baxımından inkişaf etdi.100

Tamamilə xəstə bir zehnin məhsulu olan bu xəyali “təkamüli tarix”dən çıxarılan nəticə isə aydın idi: Nasistlərin batil düşüncələrinə görə, müharibə uzun vədədə müsbət bir şey idi, çünki təkamülçülər insanın yalnız öldürücü çəkişmələrlə irəlilədiyini iddia edirdilər. Hitler və Rozenberq kimi digər nasist ideoloqlar da dövrümüzdəki mədəniyyətin davamlı müharibələrlə meydana gəldiyini iddia etmişdilər. Dövrün bəzi sözdə elm adamları bu səhv fikri özlərinə görə müdafiə etməyi öz üzərilərinə götürmüşdülər. Məsələn, darvinizmin Almaniyadakı tanınan müdafiəçilərindən Berlin Universitetinin professoru Hekkel xüsusilə qədim yunan döyüşçü şəhər dövləti olan Spartanı tərifləmiş, spartalıların seçilmiş irq olduqlarını və buna görə müvəffəqiyyətli və üstün olduqlarını iddia etmişdir. Fövqəladə dərəcədə sağlam və güclü uşaqların xaricindəkiləri öldürmələrinin spartalılara davamlı güc və mətanət verdiyini söyləmişdir.101 Spartalıların bu mərhəmətsiz və vəhşilik dolu tətbiqlərini məqbul hesab edən Hekkelə görə, Almaniya da Sparta ənənəsini izləməli idi, çünki xəstə və fiziki çatışmazlığı olan körpələrin öldürülməsi həm öldürülən körpələrin, həm də cəmiyyətin faydası üçün idi. Hekkelin bu vicdansız və son dərəcə zalımanə təklifləri darvinizmin elmdən kənar iddialarının necə azğın bir məntiq hörgüsünə təməl təşkil etdiyini göstərməsi baxımından əhəmiyyətli bir nümunədir. Hekkel və darvinizmə görə bütün həyatların bərabər dəyərdə olduğu və ya qorunmasının lazım olduğu yalnız ənənəvi bir doqma idi və sözdə elmi həqiqətlərə zidd düşürdü.102 Ağıl və məntiq sahibi heç kimin qəbul etmədiyi bu iddialar bir dövr Almaniyasının öndərləri tərəfindən şiddətlə mənimsənmişdi.

Sosial darvinizm yalnız Almaniyada deyil, dünyanın bir çox yerində ilahi dinlərin öyrətdiyi gözəl əxlaqı, bu əxlaqda yer alan mərhəmət, qoruma, köməkləşmə, acıma, səbir etmə kimi dəyərləri rədd edirdi. Bu dəyərlərin yerinə isə mənfəətinə uyğun gəlməyəni öldürmək, yox etmək, mərhəmətsiz və amansız olmaq kimi (həqiqətdə insanlığın ən böyük azdırıcısı olan şeytana aid) xüsusiyyətlərin üstün olduğunu iddia edirdi. Nasistlərin yəhudi düşmənliyinin mənşəyində də ilahi dinlərə duyulan nifrət var idi.

Neonasizmin dünyada davam edən varlığı bizlərə bu xəstə ideologiyanın hələ də böyük təhlükə olmağa davam etdiyini göstərir. Unutmaq olmaz ki, hər nə ad altında olursa olsun, sosial darvinizmin insanlıq üçün uyğun hesab etdiyi həyat şəklində yalnız qarşıdurma, müharibə, mübarizə, çəkişmə, qan tökmə, döyüş, acı çəkmə və qorxu vardır. Auşvits kimi ölüm düşərgələri sosial darvinizmin tətbiq sahələridir, darvinizm qaçılmaz şəkildə sosial darvinizmi gətirir. Sosial darvinizmin yenidən hakim olduğu dünyada isə yeni Auşvitslər görmək mütləqdir.

İstinadlar

  1. Robert Clark, Darwin: Before and After, Grand Rapids International Press, Grand Rapids, MI, 1958, s. 115-116 ↩
  2. A. E. Wiggam, The New Dialogue of Science, Garden Publishing Co., Garden City, NY, 1922, s. 102 ↩
  3. Ernst Haeckel, The History of Creation: Or the Development of the Earth and Its Inhabitants by the Action of Natural Causes, Appleton, New York, 1876, s. 170 ↩
  4. George Stein, “Biological science and the roots of Nazism”, American Scientist 76(1):50–58, 1988., s. 56; Ernst Haeckel, The Wonders of Life; A Popular Study of Biological Philosophy, Harper, New York, 1905, s. 116 ↩