Qatı darvinist olan Hitler və digər nasist öndərlər törətdikləri qətliamlara görə və insanlara illər boyu yaşatdıqları dəhşətə görə günah hissi duymurdular, hətta özlərini sözdə qəhrəman olaraq görürdülər. Çünki insanın təkamülünü təmin edən, gələcəkdə “təkmilləşməklə inkişaf etmiş nəsillərin” minnətdar olacağı bir xilaskar olduqlarını zənn edirdilər. Halbuki, bu, bir yalan və hiylə idi.
Hitlerin azğın ideologiyasına görə, toplama düşərgələri günahsız insanların qətl edildikləri, işgəncə gördükləri yerlər deyil, üstün irqin qorunması üçün xəstə, zəif və pis ünsürlərin ayrıldığı karantin yerləri idi. Hitler xəstə bir ruha və düşüncə quruluşuna sahib idi. Bu xəstə zehinin məhsulu olan təhlükəli fikirlərini sosial darvinizmin təlqinləri ilə genişləndirib tətbiq etmişdi. Beləcə, darvinizm tarixin ən böyük fəlakətini gətirən, insanlara ən böyük acı və qorxuları yaşadan bir soyqırımın və illərlə sürən müharibənin təməl fəlsəfəsini meydana gətirən saxta elm kimi tarixə keçdi. Hitler isə bu saxta elmin tətbiq edən bir zalım olaraq.
Məşhur faşizm koalisiyası: Darvin–Hekkel–Hitler
Tarixə Çarlz Darvinin və sosial darvinizmin Almaniyadakı bir nömrəli təmsilçisi olaraq keçən Ernst Hekkel Darvinin “Növlərin mənşəyi” kitabını oxuduqdan sonra belə şərh etmişdir:
Darvinin mükəmməl tərzdə birləşdirilmiş təbiət anlayışında və təkamül doktrinasının güclü təməlində, bioloji fəaliyyətlərimin başlanğıcından bəri məni narahat edən bütün şübhələrimin həllini tapdım.1
Darvinin kitabı ilə şübhələrindən qurtulduğunu zənn edən Hekkel, əlbəttə ki, səhv edirdi. Dövrünün ibtidai elmi şəraiti daxilində formalaşan təkamül nəzəriyyəsi, həyatın başlanğıcı başda olmaqla heç bir mövzu haqqında keçərli, tutarlı və daha da mühümü elmi bir məlumat ortaya qoymamışdır. Hekkel “The Wonders of Life” (Həyatın möcüzələri) adlı kitabında darvinizmə arxalanaraq inkişaf etdirdiyi insan irqləri haqqındakı batil fikirlərini belə yekunlaşdırmışdır:
Hər nə qədər üstün və aşağı irqlərdəki insanların zehni həyatı və mədəniyyətləri arasında böyük fərqlər bilinsə də bunlara bir qayda olaraq, əhəmiyyət verilmir və buna görə də müxtəlif səviyyələrdəki həyat dəyəri səhv hesablanır. Aşağı irqlər (veddahlar və ya Avstraliya zənciləri) psixoloji baxımdan avropalılardan çox məməlilərə (meymun və it) daha yaxındırlar. Buna görə də onların həyatları üçün tamamilə fərqli dəyər təyin etməyimiz lazımdır… Mədəni insanın dərin düşünən zehni ilə vəhşinin düşüncəsiz heyvan ruhu arasındakı uçurum çox böyükdür, vəhşini köpəyin ruhundan ayıran uçurumdan da böyükdür.2
Hekkelin bu iddiaları heç bir elmi sübuta söykənmirdi. Buna baxmayaraq yanlış və azğın inancları olan bir çox insan tərəfindən adətən elmi həqiqət kimi mənimsənildi. Digər tərəfdən Hekkel təkamül nəzəriyyəsindən monizm adını verdiyi bir növ materialist inam meydana gətirdi. Monizm deyilən bu azğın düşüncə, ruhun varlığını tamamilə rədd edir və hər şeyi maddə ilə sadələşdirirdi. Hekkel belə deyirdi:
İlk dəfə təbiətin bütövlüyünü anlaya bildik, beləliklə artıq ən mürəkkəb üzvi proseslərlə belə mexaniki izahlar verə bilərik. Nəticə etibarilə “canlı və cansız bədənlər arasında hər hansı bir fərq yoxdur.” Bütün təbii hadisələr, havaya atılan daş və ya qırmızı boya (rəng, kosmetika və əczaçılıq sənayesində istifadə edilən maddə) əmələ gətirmək üçün birləşən kükürd və ya civə, bitkilərin böyüməsi və çiçək açması, heyvanların çoxalmaları və ya hərəkətləri, insanın düşünməsi və hadisələri qəbul etməsi bir-birindən fərqi olmayan mexaniki hadisələrdir.3
Materialist dünyagörüşü ilə bir çox sualın cavabını tapdığını zənn edən Hekkel əslində yalnız özünü aldadırdı. Canlı və cansız bədən arasında heçbir fərq olmadığını, hər şeyin mexaniki izahı olduğunu deyən materialist düşüncə 21-ci əsrdə inkişaf edən elm və aparılan araşdırmalarla çox böyük zərbə almış və materializmin “elmi” dayaqlarının hər biri yerlə yeksan olmuşdur. Kəşf edilən hər yeni ixtira, hər elmi irəliləyiş bir daha kainatın qüsursuz nizamın əsəri olduğu həqiqətini ortaya qoymuşdur. Kainat materialistlərin iddia etdiyi kimi, əzəli və əbədi deyildir, mexaniki inkişaflar və qarşılıqlı təsirlər nəticəsində ortaya çıxmamışdır. Kainatı və içindəkiləri qüsursuz tarazlıqla yoxdan yaradan Allah’dır və Rəbbimizin təqdir etdiyi vaxt gəldikdə bütün insanlar və varlıqlar kimi kainatın da sonu olacaqdır.
Qüsurlu və ya şikəst doğulan uşaqlar şəfqət duyulası, qorunası varlıqlardır.
Lakin qatı materialist olan Hekkel azğın düşüncə tərzinə görə, İlahi dinləri və din əxlaqının tələb etdiyi şəfqəti və mərhəməti rədd edirdi. Əvvəldə də bildirdiyimiz kimi, yevgenika vəhşiliyini müdafiə edərək spartalılar (e.ə. 9-cu əsrdə qurulmuş, sənətkarlığı, fəlsəfəni və ədəbiyyatı rədd edən, yalnız əskər gücünə arxalanan yunan şəhər dövləti idi) tərəfindən tətbiq olunan “insanın süni seleksiyası”nı tərifləyirdi. Spartalılar dövründə, yeni doğulan bütün uşaqlar xüsusi qanuna əsasən yoxlanılır və seçilirdilər. Zəif, xəstə və ya fiziki qüsuru olanları mərhəmətsizcə qətl edirdilər. Yalnız sağlamlıqları mükəmməl olan və güclü uşaqların həyatlarını davam etdirmələrinə izin verilirdi. Hekkel də spartalıların günahsız uşaqları qətl etməyi vacib bilən bu vəhşi metodlarını dəstəkləyirdi.4
Hekkel onu tənqid edənlərə belə cavab verirdi:
Hər il müalicə edilməyən xəstəliklərin irsi yükü ilə doğulan minlərlə şikəst, kar-lal və ağıldan kəm uşağa, süni olaraq qulluq etməyin və böyütməyin insanlığa nə kimi faydası var?5
Şübhəsiz, Hekkelin irəli sürdüyü çox yanlış bir məntiqdir. Sevgi, mərhəmət və şəfqət hisslərini yalnız özlərinə fayda verəcək insanlara yönəltmək insanlıqdan kənar yanaşmadır. Bu, materializmin və darvinizmin insanlara verdiyi təlkinlərin nəticəsində meydana gələn çox eqoist hərəkətdir. İnsanlar din əxlaqına tabe olduqda isə heç bir mənfəətləri olmasa belə ehtiyacı olana şəfqət bəsləyər, onu sevgi və mərhəmət hissləri ilə qoruyar. Həqiqi insaniyyət də budur. Məsələn, Quranda möminlərin özlərindən əvvəl yoxsulları, əsirləri, ehtiyacı olanları düşünüb yeməklərini onlara verdikləri və bunu yalnız Allahın rızasını qazanmaq üçün etdikləri bildirilir:
Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rızasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. (İnsan Surəsi, 8-9)
Digər tərəfdən Hekkelin liderliyini etdiyi monistlər yalnız fiziki olanların deyil, bəzi xarakteristik xüsusiyyətlərin də genetik qüsurlardan qaynaqlanacağını iddia edir və qüsurlu hesab etdikləri hər kəsin süni seleksiya ilə aradan qaldırılması lazım olduğunu müdafiə edirdilər.
Hekkelin kitabları Nasist Yevgenika proqramının qəbul edilməsində mühüm rol oynadı. Xüsusilə Hekkelin tələbəsi olan və həyat hekayəsini yazan Vilhelm Bölşe Hitlerə Hekkelin sosial darvinist fikirlərini olduğu kimi çatdırdı. Bundan başqa, 1904-cü ildən 1944-cü ilə qədər nəşr olunan və yevgenika yalanları ilə saxta nasist elmini yaymaq üçün istifadə olunan ən fundamental orqan olan “Archiv für Rassen und Gesellschaftsbiologie” (İrqi və Sosial Bioloji Arxiv) mütəmadi olaraq Hekkelin əsərlərindəki təhlükəli fikirlərindən istifadə etdi.6
Tarixçi Daniel Gasmanın ifadəsi ilə “Hitlerin tarix, siyasət, din, xristianlıq. təbiət, yevgenika, elm, sənət və təkamül haqqındakı fikirlərinin çox hissəsi, eklektik (seçmə) və bir çox fərqli qaynaqdan olmalarına baxmayaraq, Hekkelin fikirləri ilə uyğun gəlirdi və tez-tez eyni dildə ifadə edilirdilər”.7
Hekkelin azğınlıqlarından biri də intihar və evtanaziyanı müdafiə etməsi idi. Hekkelin sayıqlamalarına görə insan yalnız ana və atasının arasındakı cinsi əlaqənin bir nəticəsi olaraq var olmuşdu və buna görə də həyat çox ağırlaşdıqda bu insan həyatına son verə bilərdi. Hekkel bu yanlış fikirlərini belə ifadə edirdi:
Əgər belə vəziyyətdə həyat şəraiti, döllənmiş yumurtadan öz səhvi olmadan inkişaf etmiş yazıq varlığın üzərinə daha çox təzyiq edərsə, əgər yaxşı olmaq ümidi əvəzinə yalnız qulluq və ehtiyac, xəstəlik və hər cür səfalət gəlirsə, bu insanın mübahisəsiz ölüm yolu ilə əzablarına son vermək haqqı vardır… Bir insanın dözülməz ağrılarına könüllü ölümlə son qoyması həqiqi qurtuluş hərəkətidir.8
Halbuki, insan kor təsadüflər nəticəsində meydana gələn varlıq deyil. İnsanı yaradan Allahdır və insanın yaradılışının bir məqsədi var. Bu məqsəd Quranda belə bildirilmişdir:
Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zəriyət surəsi, 56)
İnsan ömrü boyu etdiyi hər hərəkətdən məsuliyyət daşıyır və yaşadığı hər anın axirətdə hesabını verəcəkdir. Hekkel kimi insanları intihara, ölümə, cinayətə sürükləyənlər isə şübhəsiz hesabını verə bilməyəcəkləri ağır bir məsuliyyətlə yüklənirlər.
Hekkel yenə “Wonders of Life” (Həyat möcüzələri) adlı kitabında yeni doğulan uşaqların kar və şüursuz doğulduqlarını (əlbəttə, bu doğru deyildir) və buna görə də insan ruhu daşımadıqlarını iddia etmişdir. Bu elmdən kənar iddiasına əsaslanaraq da “anormal doğulan uşaqların öldürülmələrini” müdafiə etmiş və guya bunun “məntiqi olaraq cinayət kimi qəbul edilməyəcəyini” irəli sürmüşdür. Göründüyü kimi, Hekkel açıq aşkar cinayəti müdafiə edir, ətrafındakı insanları da qatil olmağa yönləndirirdi.
Nasist Almaniyasında bir yük maşınına yığılmış və skeletə çevrilmiş cəsədlər, toplama düşərgələrinin gündəlik görüntülərindəndir. Bu düşərgələrdə nasistlərin “aşağı irq” olaraq qəbul etdikləri milyonlarla polşalı, qaraçı, yəhudi məsum insan öldürüldü.
“Auşvitsdə bir qaraçı”, “Bölüşülən acılar: bir qaraçı ailəsi soyqırımı xatırlayır”, “Nasistlərin qaraçı qətliamı” kimi kitablar nasistlərin qaraçılara etdikləri zülmü gün işığına çıxaran əsərlərdən yalnız bir-neçəsidir.
Hekkel yalnız insanın istəyinə bağlı evtanaziyanın deyil, razılıqdan kənar evtanaziyanı da müdafiə edəcək qədər qəddar idi. Bu mövzudakı qəzəbini bu sözlərlə ifadə edirdi: “Yüzlərlə, minlərlə müalicə edilə bilməyən insan – dəlilər, cüzamlılar, xərçənglər və sair – özlərinə və ümumiyyətlə cəmiyyətə ən kiçik bir fayda vermədən süni olaraq həyatda saxlanılırlar”.9 Hekkelin bu vəziyyətə gətirdiyi mərhəmətsiz “çarə” isə belə idi:
Bu pislikdən qurtulmağın yolu bir dozalıq ağrısız və sürətli təsir edən zəhərin… səlahiyyətli bir təşkilatın nəzarəti altında istifadə edilməsidir.10
Hekkelin müdafiə etdiyi vəhşiliyin Almaniyaya çox dağıdıcı təsirləri oldu. Fəaliyyətləri Almaniyada təxminən 300 min ruhi xəstənin, fiziki şikəst olan insanların, müalicəsi mümkün olmayan xəstələrin və onlara görə digər “arzu olunmayan” insanların mərhəmətsizliklə qətlə yetirildiyi T4 adlı evtanaziya proqramının öndərliyini etdi.
Hekkel və Hitlerin zalımlıqlarının, təşviq etdikləri və izin verdikləri cinayətlərin yeganə qaynağı vardır: sosial darvinizm.
Darvin-Hekkel-Hitler koalisiyasının nəticəsində meydana çıxan yevgenika, evtanaziya, məcburi qısırlaşdırma, toplama düşərgələri, irq təmizliyi, qaz otaqları ilə 20-ci əsrin ortalarında insanlıq tarixinin ən böyük və vəhşi zülmləri baş verdi.
Qaynaqlar
Daniel Gasman, Scientific Origins, s. 6; Benjamin Wiker, Moral Darwinism: How We Became Hedonists, Intervarsity Press, 2002, s. 257 ↩
Ernst Haeckel, The Wonders of Life: Popular Study of Biological Philosophy, Çeviri: Joseph McCab (New York: Harper & Brothers, 1905), s.390-91; Daniel Gasman, The Scientific Origins of National Socialism: Social Darwinism in Ernst Haeckel and the German Monist League, (London: MacDonald, 1971), s.39-40 ↩
Ernst Haeckel, The History of Creation, s. 1.23 ↩
Ernst Haeckel, The History of Creation, s. 1.75-76 ↩
Benjamin Wiker, Moral Darwinism, s. 260 ↩
Robert Jay Lifton, The Nazi Doctors, New York: Basic Books, 1986, s.441, 161 ↩
Daniel Gasman, Scientific Origin, s. 161 ↩
Ernst Haeckel, Wonders of Life, s.112-14 ↩
Benjamin Wiker, Moral Darwinism, s. 262; Ian T. Taylor, In The Minds of Men: Darwin and the New World Order, 3. baskı, TFE Publishing, 1991, s.409 ↩
Ernst Haeckel, The Wonders of Life, New York: Harper, 1904, s. 119 ↩
Qüsurlu və ya şikəst doğulan uşaqlar şəfqət duyulası, qorunası varlıqlardır.
Nasist Almaniyasında bir yük maşınına yığılmış və skeletə çevrilmiş cəsədlər, toplama düşərgələrinin gündəlik görüntülərindəndir. Bu düşərgələrdə nasistlərin “aşağı irq” olaraq qəbul etdikləri milyonlarla polşalı, qaraçı, yəhudi məsum insan öldürüldü.
“Auşvitsdə bir qaraçı”, “Bölüşülən acılar: bir qaraçı ailəsi soyqırımı xatırlayır”, “Nasistlərin qaraçı qətliamı” kimi kitablar nasistlərin qaraçılara etdikləri zülmü gün işığına çıxaran əsərlərdən yalnız bir-neçəsidir.