Həyatın Mənşəyi

Təkamül nəzəriyyəsi və entropiya qanunu

İlya Priqojin və özünütəşkiletmə xətası

Oxu müddəti: ~4 dəq.

İlya Priqojin

Termodinamikanın ikinci qanununun təkamül prosesinə imkan vermədiyini anlayan bəzi təkamülçü alimlər yaxın keçmişdə termodinamikanın ikinci qanunu və təkamül nəzəriyyəsi arasındakı uçurumu aradan qaldırmaq, təkamülə yol açmaq ümidi ilə müxtəlif fərziyyələr uydurmağa cəhd etdilər.

Termodinamikanı və təkamülü uzlaşdırmaq ümidi ilə ortaya atılan iddialarla ən çox adı çəkilən şəxs belçikalı fizik İlya Priqojindir.

Priqojin xaos qanununa əsaslanaraq xaosdan (qarma-qarışıqlıqdan) nizam əmələ gələcəyinə dair bəzi fərziyyələr irəli sürmüşdür. Ancaq bütün səylərinə baxmayaraq, termodinamikanı və təkamülü uzlaşdırmağı bacarmamışdır.

Ilya Prigogine
Ilya Prigogine

Elmi fəaliyyətlərində statik cəhətdən geri dönüşü olmayan prosesləri əsas qanunlarla əlaqələndirməyə çalışmış, lakin səyləri uğursuzluqla nəticələnmişdir. Tamamilə nəzəri olan, real həyatda tətbiq və müşahidə edilmə imkanı olmayan bir çox riyazi hipotezdən ibarət kitabları fizika, kimya və termodinamika sahəsində nüfuzlu şəxslər hesab edilən alimlər tərəfindən heç bir konkret və praktiki dəyərə malik olmadığına görə tənqid edilmişdir.

Məsələn, termodinamika, statik mexanika və formalaşma (pattern formation) sahələrində məşhur fiziklərdən və “Review of modern physics” kitabının müəlliflərindən biri olan P.Hohenberqin Priqojinin elmi fəaliyyəti haqqındakı şərhi 1995-ci il, may tarixli “Scientific American” jurnalında belə verilir:

Nəzəriyyəsinin izah etdiyi bircə hadisə belə tanımıram.369

Viskonsin Universitetindən nəzəriyyəçi fizik Kozma Şalizi də Priqojinin elmi fəaliyyətlərinin heç bir konkret nəticə və ya açıqlamasının olmadığı ilə bağlı belə deyir:

(Priqojinin yazdığı) “Self organization in nonequilibrium systems” (Müvazinətsiz sistemlərdə özünütəşkiletmə) adlı kitabın beş yüz səhifəsinin içində real faktlarla əlaqədar sadəcə dörd qrafik var və modellərinin təcrübi nəticələrlə müqayisəsi yoxdur. Statik fizikanın başlıqları olması xaricində, geri dönüşü olmayan qanun haqqındakı fikirlərinin heç biri özünütəşkiletmə (self organization) ilə əlaqəsi yoxdur.370

Qatı materialist olan Priqojinin fizika sahəsində həyata keçirdiyi fəaliyyətləri eyni zamanda təkamül nəzəriyyəsinə də dəstək olma məqsədi daşımışdır. Çünki əvvəlki səhifələrdə gördüyümüz kimi, təkamül nəzəriyyəsi termodinamikanın ikinci qanunu olan entropiya qanunu ilə açıq-aşkar ziddiyyət təşkil edir. Entropiya qanunu, məlum olduğu kimi, hər cür nizamlı, mütəşəkkil və kompleks formanın təbii amillərə məruz qaldıqda nizamsızlığa, dağılmağa və parçalanmağa uğradığını qəti şəkildə ortaya qoyur.

Buna qarşı təkamül nəzəriyyəsi nizamsız, dağınıq və şüursuz atomların və molekulların birləşərək kompleks və mütəşəkkil sistemlərə malik canlıları meydana gətirdiyini iddia edir.

Priqojin isə bu cür prosesləri mümkün edə bilmək üçün formullar icad etməyə çalışmışdır. Ancaq bütün səyləri nəzəri fəaliyyətlərdən başqa bir şey olmamış, uğursuzluqla nəticələnmişdir.

İrəli sürdüyü tezislərdən ən çox tanınanları “self organization” (özünütəşkiletmə) nəzəriyyəsi ilə “dissipative structures” (enerjini səpələyən strukturlar) nəzəriyyəsidir. Bu nəzəriyyələrdən birincisi sadə molekulların öz aralarında birləşərək kompleks canlı sistemləri əmələ gətirdiyini iddia edir. İkincisi isə nizamsız, yüksək entropiyaya malik sistemlərdə nizamlı, kompleks formaların əmələ gələ biləcəyini iddia edir. Ancaq bunların heç biri təkamülçülər üçün yeni xəyal dünyası qurmaqdan başqa elmi və praktik dəyər daşımır.

Priqojinin bu nəzəriyyələrinin heç bir mövzunu açıqlamadığı və heç bir nəticəyə gəlmədiyi bir çox alim tərəfindən ifadə edilir. Məşhur fizik Coul Keyzer belə yazır:

Tarazlıqdan uzaq “enerji səpələyən strukturlar”ın (dissipative structures) sabitliyi üçün irəli sürdüyü kriteriyalar tarazlığa çox yaxın vəziyyətlər istisna olmaqla uğursuzluğa məruz qaldı.371

Nəzəri fizik Kozma Şalizi də bununla bağlı belə deyir:

(Priqojin) özünütəşkiletmə (self organization) məsələsində, demək olar ki, hər kəsdən dəqiq və əsaslı elmi fəaliyyət göstərməyə çalışdı. Bacarmadı…372

“Self organizing systems: The emergence of order” (Özünü təşkil edən sistemlər: nizamın yaranması) adlı kitabın redaktoru olan F.Yucin Yeyts eyni kitabda məqalə yazan Deniel L.Steyn və Nobel mükafatı almış elm xadimi Filip Andersonun Priqojinlə bağlı tənqidlərini xülasə halında belə bildirir:

Müəlliflər (Filip Anderson və Deniel L.Steyn) “enerji səpələyən strukturlar” (dissipative structures) haqqında təkmil nəzəriyyə olmadığını (əksinə iddiaların olmasına baxmayaraq) və bəlkə də, heç bir sabit “enerji səpələyən struktur” olmadığının tərəfdarıdırlar… Bu səbəbdən müəlliflər “enerji səpələyən strukturlar” və onların qırılmış simmetriyaları haqqındakı fərziyyələrin hal-hazırda həyatın mənşəyi və davamı haqqındakı suallara cavab verə bilməyəcəyinə inanırlar.373

Qısaca desək, Priqojinin nəzəri fəaliyyətləri həyatın mənşəyini açıqlama baxımından heç bir dəyər daşımır. Nobel mükafatı almış yuxarıda adı çəkilmiş alimlər Priqojinin nəzəriyyələri haqqında belə şərh verirlər:

Bu sahədəki bir çox kitab və məqalədəki iddiaların əksinə, biz belə bir nəzəriyyənin (“dissipative structures” nəzəriyyəsi) olmadığına və hətta Priqojin, Heyken və əməkdaşlarının varlığından bəhs etdikləri bu cür strukturların (enerji səpələyən strukturlar), bəlkə də, heç mövcud olmadıqlarına inanırıq.374

Qısaca desək, öz sahələrində mütəxəssis olan alimlər Priqojinin uydurduğu tezislərin heç bir reallığının və əsasının olmadığını, hətta tezislərində bəhs etdiyi növdən olan strukturların (dissipative structures), bəlkə də, əslində, heç mövcud olmadığını bildirirlər.

Priqojinin iddiaları Jan Brikmonun “Xaos elmi, yoxsa elmdə xaos?” adlı məqaləsində də hərtərəfli şəkildə təhlil edilmiş və əsassızlığı sübut edilmişdir.

Priqojin təkamülü dəstəkləyən hər hansı bir metod tapa bilməsə də, ancaq bu cür səylər göstərməsi təkamülçülərin onu başlarının tacı etməsinə səbəb olmuşdur. Bir çox təkamülçü Priqojinin irəli sürdüyü “özünütəşkiletmə” anlayışına böyük ümidlə bağlanmışdır. Priqojinin xəyali nəzəriyyələri və məfhumları ilə bağlı mövzunun təfərrüatını bilməyən bir çox şəxs təkamülün termodinamik baxımdan düşdüyü çıxılmaz vəziyyətin həll edildiyini zənn edir.

Halbuki Priqojin də molekulyar səviyyədə uydurduğu nəzəriyyələrin canlı sistemlər, məsələn, bir canlı hüceyrəsi üçün belə etibarlı olmadığını qəbul edərək belə demişdir:

Bioloji nizam problemi molekulyar fəaliyyətdən hüceyrənin super-molekulyar nizamına keçidi əhatə edir. Bu problem həll edilməkdən çox uzaqdır.375

Priqojinin təkamüllə entropiya qanunu və digər fiziki qanunlar arasındakı ziddiyyəti aradan qaldırmağı nəzərdə tutan nəzəriyyələrinin və təkamülçülərin bundan cəsarətlənərək uydurduqları fərziyyələrin məzmunu bundan ibarətdir.

İstinadlar

  1. Scientific American, may 1995, “From Complexity to Perplexity”. ↩
  2. Cosma Shalizi, “Ilya Prigogine”, www.santafe.edu/~shalizi/notebooks/prigogine.html ↩
  3. Joel Keizer, “Statistical Thermodynamics of Nonequilibrium Processes”, Berlin: Springer-Verlag, 1987, səh. 360-1 ↩
  4. Cosma Shalizi, “Ilya Prigogine”, www.santafe.edu/~shalizi/notebooks/prigogine.html ↩
  5. F. Eugene Yates, Self-Organizing Systems: The Emergence of Order, “Broken Symmetry, Emergent Properties, Dissipative Structures, Life: Are They Related” (NY: Plenum Press, 1987), səh. 445-457. ↩
  6. F. Eugene Yates, Self-Organizing Systems: The Emergence of Order, “Broken Symmetry, Emergent Properties, Dissipative Structures, Life: Are They Related” (NY: Plenum Press, 1987), səh. 447. ↩
  7. Ilya Prigogine, Isabelle Stengers, Order Out of Chaos, Bantam Books, New York, 1984, səh. 175. ↩