Həyatın Mənşəyi
AZEN

Hüceyrənin XX əsrdə kəşf edilən tərəfləri

Hüceyrə Böyük Bir Şəhərdən Daha Kompleksdir

Oxu müddəti: ~3 dəq.

Təkamülçü ssenariyə görə, 4 milyard il bundan əvvələ qədər, saxta primitiv yer atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, zəlzələlərin təsiri ilə qarışmış və ilk canlı hüceyrə ortaya çıxmışdır. Halbuki, hüceyrə, ən izdihamlı və ən inkişaf etmiş texnologiyaya sahib olan bir şəhərdən daha kompleks bir quruluşa malikdir. Hüceyrənin içində enerji istehsal edən stansiyalardan zülal çıxaran fabriklərə, xam maddələri daşıyan yük sistemindən DNT-ni tərcümə edən şifrə həll edicilərə, sıx və arası kəsilməyən xəbərləşmə sisteminə qədər bir çox sistem, qüsursuz bir nizam içində mütəmadi fəaliyyət göstərir.

1. Nüvə 2. Sentriollar 3. Mitoxondri 4. Endoplazmatik şəbəkə 5. Ribosom 6. Holci kompleksi 7. Nüvəcik 8. Xromatin 9. Mikroxovlar 10. Lizosom 11. Hüceyrə membran
1. Nüvə 2. Sentriollar 3. Mitoxondri 4. Endoplazmatik şəbəkə 5. Ribosom 6. Holci kompleksi 7. Nüvəcik 8. Xromatin 9. Mikroxovlar 10. Lizosom 11. Hüceyrə membranı 12. Vakuol 13. Hüceyrə məsamələri 14. Peroksisom 15. Hüceyrə skeleti. Hüceyrənin quruluşundakı mürəkkəblik bir şəhər mərkəzindəki quruluşu xatırladır. Lakin hüceyrədəki gözlə görünməyən ölçülərdəki bu nizam insanın 100 trilyon hüceyrəsinin hər birində ayrıca mövcuddur.

Təkamülçülərin hüceyrənin təsadüfən meydana gəlməsi iddiasına inanmaq, təxminən 10 milyon əhalisi olan İstanbul şəhərinin, bütün binaları, şosseləri, daşıma sistemləri, elektrik və su şəbəkəsi, fabrikləri, xəbərləşmə sistemi və s. ilə birlikdə, təsadüfən, fırtına, zəlzələ kimi təbiət hadisələri nəticəsində öz-özünə ortaya çıxdığını iddia etmək qədər məntiqsiz və axmaqlıqdır. Massaçusets Texnologiya İnsitutunda (MTİ) fizika və biologiya sahələrində tədqiqat aparan israilli elm adamı Professor Cerald L. Şroder hüceyrədəki nizamı belə təsvir edir:

"Həyata istiqamət verən reaksiyaların kompleksliyi o qədər təəccüblüdür ki, ... İnsan bədəni 1027 atomdan ibarət olan 75 trilyon hüceyrənin ortaq həyata uyğunlaşması, yaxşı təşkil edilmiş bir maşın və ya metropol kimi işləyir. Hər bir hüceyrə müstəqil olaraq hərəkət etməsi ilə birlikdə, iki hüceyrənin eyni anda eyni hərəkəti yerinə yetirməsinə nadir hallarda rast gəlinir. Bütün bu "qarışıqlığa" baxmayaraq insan bədənində işlər bir-birinə qarışmaz." (7)

Astrobioloq Karl Saqan bir təkamülçü olmasina baxmayaraq, hüceyrədəki təəccübləndirən nizamdan bir sənət əsəri kimi bəhs edir:

"Canlı hüceyrəsi incə və kompleks bir memarlıq möcüzəsidir. Mikroskopla baxanda az qala dəli kimi fəaliyyət göstərirlər. Daha dərin səviyyədə molekulların böyük bir sürətlə sintezi görünür. Təxminən hər hansı bir ferment saniyədə 100 başqa molekulun sintez edilməsində katalizator rolu oynayırlar. On dəqiqəyə maddələr mübadiləsini davam etdirən bir bakteriya hüceyrəsinə aid kilidlərin olduqca böyük bir hissəsi sintez edilər. Sadə bir hüceyrənin məlumatının məzmunu Britaniya Ensiklopediyasın yüz milyon səhifəsinə bərabər olan 1012 bit məlumat təşkil etdiyi təxmin edilmişdir."(8)

Hüceyrə içindəki nüvə ən əhəmiyyətli genetik vəsait olan DNT-ni daşıyır. Hüceyrə içindəki mitoxondrilər qida halındakı qlikozanı enerji paketlərinə çevirir. Mikro-balonlar hüceyrənin hər yerinə uzanar və zülalların ehtiyacı olan maddələri lazımlı sahələrə çatdırması üçün həyati əhəmiyyətli yollar meydana gətirirlər. Üstəlik bədənimizdəki milyardlarla hüceyrə bütün sistemlərini molekullardan inşa edirlər. Eyni zamanda hüceyrələr öz içlərində mütəmadi qulluq və təmir halındadırlar. Bir tərəfdən vəzifələrini yerinə yetirərkən digər tərəfdən də özlərini yeniləyirlər. (9) Bunlardan başqa enerjilərini də özləri hazırlayarlar. Alman Federal Fizika və Texnologiya İnstitutunun direktoru Prof. Doktor Uerner Qit "Bioloji enerjiyə çevrilmə sistemi o qədər heyranedici və ağıllı yaradılmışdır ki, enerji mühəndisləri bunu yalnız təsirlənərək seyr edərlər. İndiyə qədər heç kim bu dərəcədə miniatür və son dərəcə məhsuldar mexanizmi təqlid edə bilməmişdir."(10) deyərkən, hüceyrənin insan məhsulu bir maşından nə qədər üstün olduğunu vurğulayır.

Elmi yazar Houard Pez də, Blind Faiz: Evolution Exposed (Kor İnanc: Təkamül İfşa edildi) adlı kıtabında "sadə hüceyrə" adlı bir şey olmadığını belə ifadə etmişdir:

Əvvəllər hüceyrənin bir nüvə və sitoplazma "dənizi" içindəki digər parçalardan meydana gəldiyi düşünülürdü. Lakin hüceyrə içindəki böyük sahələr boş idi. İndi isə bir hüceyrənin həqiqətən "pətək" olduğu, yəni hüceyrənin və onu saxlayan bədənin həyatı üçün lazımlı olan əhəmiyyətli funksional vahidlərlə dolu olduğu məlum olur. Təkamül nəzəriyyəsi həyatın "sadə" bir hüceyrədən inkişaf etdiyini fərz edir, lakin hal-hazırda elm "sadə hüceyrə" adlı bir şey olmadığını göstərir. (11)

Nəticədə hüceyrələr XIX əsrdə Darvin dövründə təsəvvür edildiyi kimi sadə jelelər deyil, əksinə XX əsrdə fizik, astrobioloq Professor Pol Deivisin ifadə etdiyi kimi ən inkişaf etmiş texnologiyaya sahib olan kompyuterlər və ya kompleks şəhərlər kimidirlər.

1 – Toxuma, 2 – Hüceyrə, 3 – Hüceyrə nüvəsi, 4 – Xromosomlar şəklində qablaşdırılmış DNT zəncirləri, 5 – DNT spiralı. İstər çiçək, istər cücə, istərsə də uşaq o
1 – Toxuma, 2 – Hüceyrə, 3 – Hüceyrə nüvəsi, 4 – Xromosomlar şəklində qablaşdırılmış DNT zəncirləri, 5 – DNT spiralı. İstər çiçək, istər cücə, istərsə də uşaq olsun, bütün canlıların hər bir hüceyrəsində bütün bədənin təfərrüatları DNT üzərində kodlanmışdır.