Həyatın Mənşəyi
AZEN

Hüceyrənin XX əsrdə kəşf edilən tərəfləri

Giriş

Oxu müddəti: ~3 dəq.

XX əsrin ikinci yarısında molekulyar biologiya sahəsindəki irəliləyişlər, hüceyrə içindəki miniatür dünya ilə bağlı dünyagörüşünü tamamilə dəyişdirmişdir. Bu gün inkişaf etmiş texnologiya ilə insanlar, hüceyrənin sahib olduğu qüsursuz və kompleks mexanizmlərdən xəbərdar oldular. Belə ki, bunların təsadüfən və ya zamanla öz-özünə var ola bilməyəcəyini anladılar. Hüceyrəni meydana gətirən sistemlərin bir çoxu, işığın görülən dalğa boyundan kiçikdir. Hüceyrənin bəzi incəlikləri ancaq X işığı kristaloqrafiyası deyilən inkişaf etmiş texnikalarla araşdırılır.

Ancaq Darvinin nəzəriyyəsini irəli sürdüyü dövr, nəinki DNT kimi bir molekulun spiralının quruluşunu və məlumat bazasının araşdırılmasını, hətta hüceyrənin ümumi quruluşunun da anlaşılmadığı son dərəcə aşağı bir elm səviyyəsinə sahib idi. Ceyms Uatson və Fransis Krik DNT-nin spriral quruluşunu, Darvinin Origin of Species (Növlərin Mənşəyi) adlı kıtabinın nəşr olunmasından təxminən 100 il sonra ortaya çıxardılar. O zamandan bu yana molekulyar biologiyadakı inkişaf Darvinin dövründə bilinməsinə imkan yox idi. Bu baxımdan kökündən etibarsız məlumat və fərziyyələr üzərində qurulan təkamül nəzəriyyəsinin DNT kimi hətta elm adamlarını da heyran edən bir quruluşun varlığını açıqlaya bilməyəcəyi ortadadır. Kembric universitetindən filosof Dr. Stefen C. Meyer bu günki elmi Darvin dövrü ilə müqayisə edərkən bunları ifadə edir:

"XX əsrin ikinci yarısında molekulyar biologiya və biokimyadakı nailiyyətlər hüceyrə içindəki miniatür dünya ilə bağlı anlayışımızı tamamilə dəyişdirdi. Aparılan araşdırmalar həyatın əsas elementlərindən olan hüceyrələrin öz içlərindəki müddətləri nizama salmaq məqsədi ilə məlumatı saxladığını, çatdırdığını və nizamlayıb istifadə etdiyini ortaya qoymuşdur… Hal-hazırda bioloqlar, hüceyrələrdən "düzgün zamanla paylayan kompüterlər" və ya "kompleks məlumat əməliyyat sistemləri" olaraq danışırlar... Darvinin əlbəttə, bu incəliklərdən qətiyyən xəbəri yox idi, bunların mənşəyinin açıqlamasını da yoxlamamışdı. Bunun yerinə bioloji təkamül nəzəriyyəsi ilə həyatın "bir neçə sadə formadan" başlayıb, zamanla daha kompleks hala gəldiyini açıqlamağa çalışmışdır... 1870 və 1880-cı illərdə elm adamları həyatın mənşəyi üçün bir açıqlama tapmağın olduqca asan olduğunu düşünürdülər. Həyatın karbon dioksid, oksigen və nitrogen kimi sadə kimyəvi elementlərin birləşməsi ilə asanlıqla yaradılan protoplazma deyilən bir maddədən meydana gəldiyini zənn edirdilər."(5)

Ancaq hələ də Darvinin varisi olan bir qisim elm adamları həyatın, atomların, təsadüfən öz-özlərinə birləşib kompleks canlılar meydana gətirdikləri fikrinə sahibdirlər. Xüsusilə, son 50 il içində molekulyar genetika sahəsindəki inkişafı nəzərə alsaq, Darvinin iddialarının varlığını davam etdirə bilməməsi son dərəcə təəccüblüdür. Bu vəziyyət özü də bir təkamülçü olan Harvard Universitetindən bioloq və genetika alimi Doktor Riçard Leuontinin bir etirafında da yer alır:

"… təkamül bir həqiqət deyil, bir fəlsəfədir. Prioritetli olaraq materializm gəlir (a priori) və dəlil, bu dəyişməz fəlsəfi bağlılığın əsasında tərcümə edilir..."(6)

Təkamül nəzəriyyəsinin varisləri materializmə olan bağlılıqları səbəbindən elmi həqiqətləri ortaya qoyan həqiqətləri çox vaxt qəbul edə bilmirlər. Bu səbəblə, XIX əsrin köhnəlmiş elm anlayışının hələ də israrla aktuallaşdırmağa çalışırlar. Ancaq həqiqətlər heç bir batil fəlsəfə ilə örtülməyəcək qədər açıqdır. Quranda Allah "haqqı batil ilə aradan qaldırmaq üçün mübarizə edənlər" (Kəhf surəsi, 56) olacağinı bildirir və bir ayəsində belə buyurur:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Darvinin DNT-dən xəbəri yox idi. Darvin nəzəriyyəsini irəli sürərkən növlərin müxtəlifliyinin məntiqini izah edə bilməmişdi. İzah edə də bilməzdi, çünki Darvini
Darvinin DNT-dən xəbəri yox idi. Darvin nəzəriyyəsini irəli sürərkən növlərin müxtəlifliyinin məntiqini izah edə bilməmişdi. İzah edə də bilməzdi, çünki Darvinin DNT-dən xəbəri yox idi. Darvin nə genetikanı, nə biyomatematikanı, nə də mikrobiologiyanı bilirdi. Bu elm sahələri Darvinin yaşadığı dövrdə mövcud olmadığı üçün onları bilməsi onsuz da mümkün deyildi. Darvin malik olduğu məhdud imkanlarla canlılardakı oxşarlıqlara əsaslanaraq xəyali nəticələr çıxarmışdı. Yuxarıdakı elm sahələri hələ yaranmadığı üçün hüceyrə haqqında araşdırma aparması da mümkün deyildi. Bu baxımdan təkamül nəzəriyyəsinin iddialarının irəli sürüldüyü dövr cəhalətin ölçülərini görmək üçün olduqca vacibdir.