Oxu müddəti: ~2 dəq.
Gəlin təkamülçülərin necə məntiqsiz və cəfəng iddialar irəli sürməsi məsələsini müzakirə edilmiş texniki sübutlarla birlikdə hətta uşaqlara da aydın olan bir misalla yekunlaşdıraq.
Təkamül nəzəriyyəsinə görə, bütün canlı həyat təsadüf nəticəsində meydana gəlmişdir. Beləliklə, cansız və şüursuz atomlar birinci hüceyrəni, sonra necə olubsa digər canlı orqanizmləri və nəhayət, insanı əmələ gətirmişdir. Fəqət, bir az düşünək, bütün canlıların təməlini təşkil edən fosfor, azot, karbon və kalium kimi elementləri toplasaq, mənasız bir kütlə əldə edərik.
Bu atom kütləsi müxtəlif reaksiyalara girsə də canlı orqanizmi meydana gətirə bilməz. Gəlin bir laboratoriya təcrübəsini fərz edək və təkamülçülərin adından onların müdafiə etdikləri və "Darvinin düsturu" adlandırdığı iddianı müzakirə edək. Qoy təkamülçülər böyük kimyəvi təcrübə qablarına canlının struktur elementinin əsaslarını meydana gətirən çoxlu miqdarda fosfor, azot, karbon, oksigen, maqnezium, dəmir və s. elementləri yerləşdirsinlər. Qoy təkamülçülər hətta təbii şəraitdə mövcud olmayan istədikləri digər elementləri də qatsınlar. Qoy bu qarışığa təbii şəraitdə əldə edilə bilməyən istədikləri qədər amin turşusu və təsadüfən yaranma ehtimalı 10 üstü 950-də 1-ə bərabər olan zülal da əlavə etsinlər. Sonra bu qarışığa istədikləri temperaturu və rütubəti versinlər; onlar hətta hər cür müasir laboratoriya cihazları ilə bu qarışığı qarışdıra bilərlər. Bundan sonra bu qabın yanında dünyanın ən məşhur alimlərini təhkim etsinlər və onlar da milyonlarla, hətta milyardlarla il ərzində bir-birini əvəz edərək gözləsinlər. Onlar hətta insanın yarana bilməsi üçün düşündükləri bütün zəruri şərtlərdən istifadə edə bilərlər. Fəqət, onlar nə etsələr də bu qabların içindən heç vaxt insan əmələ gəlməyəcək. Necə ki, zürafələr, şirlər, arılar, sarıbülbüllər, bülbüllər, tutuquşular, atlar, delfinlər, qızılgüllər, səhləb çiçəkləri, zanbaqlar, qərənfillər, bananlar, portağallar, almalar, xurmalar, pomidorlar, yemişlər, qarpızlar, əncirlər, zeytunlar, üzümlər, şaftalılar, tovuzquşular, qırqovullar, rəngbərəng kəpənəklər və bunlara bənzər milyonlarla canlıdan heç biri bu qabın içində əmələ gəlməyəcək. Bu canlılar hələ bir yana dursun, təkamülçülər heç bir dənə hüceyrə belə əldə edə bilməzlər.
Bir sözlə, şüursuz atomlar bir yerə toplanaraq hüceyrə meydana gətirə bilməzlər. Onlar digər qərarlar da qəbul edərək hüceyrəni bölunməyə məcbur edə, beləliklə də mikroskopu icad edən və öz hüceyrəsinin quruluşunu öyrənən professoru da əldə edə bilməzlər.
Maddə şüursuz və cansız kütlədir və o, ancaq Allahın izni ilə canlana bilər. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə öz növbəsində məntiqi düşüncəyə ziddir. Əgər təkamülçülərin iddiaları barədə yuxarıda göstərilən misalda olduğu kimi düşünsək, bu həqiqət daha da aydın olar.
