Həyatın Mənşəyi

Sosial darvinistlərin sonsuzlaşdırma və öldürmə qanunları

Darvindən qohumu Qaltona qalan miras: yevgenika

Oxu müddəti: ~2 dəq.

Yevgenika azğınlığının əsası, əslində, Maltus və Darvinlə qoyulmuşdu. Darvinə ilham qaynağı olan Maltusun təcrübəsində yevgenikaya əsas təşkil edən batil təlqinlər var idi. Məsələn, Maltus insanların bəslənən heyvanlara tətbiq olunan üsullarla çoxalacağını iddia edirdi:

Çoxalma mövzusuna göstərilən bir diqqətlə eynilə heyvanlarda olduğu kimi, insanlar arasında da müəyyən dərəcəyə qədər irəliləyiş əldə etmək mümkün görünür. Zəkanın köçürülməsi mövzusu şübhəlidir; ancaq boyu, gücü, gözəlliyi, dəri rəngini və bəlkə uzun ömrü belə müəyyən dərəcəyə qədər nəql etmək olar.104

Digər bir çox açıqlamasında olduğu kimi, bu sözlərində də Maltusun insanları bir növ heyvan kimi qiymətləndirdiyi açıq şəkildə görünür. Maltusun bu azğın dünyagörüşü Darvinə də təsir etmiş və Darvin də yevgenika ilə əlaqədar fəlakət dolu bəzi proqnozlar vermişdir. “İnsanın törəməsi” kitabında bəzi sosial tətbiqlər səbəbi ilə zəif olanların ələnmədiklərini və bunun da bioloji geriləməyə səbəb olacağına dair narahatlığını dilə gətirmişdi. Darvinin azğın düşüncələrinə görə, “Yabanı insanlar” və heyvanlar arasında qüsurlu olanlar sürətlə ələnərkən mədəni cəmiyyətlərdə bu insanların tibb və xeyriyyəçilər tərəfindən qorunması böyük səhv idi. Darvinə görə, heyvan bəsləyənlərin süni seleksiya yolu ilə soy islahı aparmaqla daha yaxşı xüsusiyyətlərə sahib olan heyvanlar yetişdirdiyi və zəif və gücsüzləri ələdiyi kimi, insan cəmiyyətlərində də bunlar edilməli idi:

Beləliklə, mədəni cəmiyyətin zəif üzvləri öz növlərini çoxaldırlar. Ev heyvanlarının törəməsi ilə maraqlanan hər kəs bunun insan irqi üçün son dərəcə zərərli olduğundan tam əmindir. Baxım tələbinin və ya səhv yönləndirilmiş baxımın nə qədər qısa müddətdə evcil irqi degenerasiyaya aparacağı təəccüblüdür. Lakin insanın durumu xaric, heç kim ən pis heyvanların törəməsinə izn verəcək qədər cahil davrana bilməz.105

Yabanı insanların vücud və kəllə baxımından zəif olanları ələnir və sağ qalanların əksəriyyəti, həqiqətən, sağlam olurlar. Digər yandan biz mədəni insanlar ələnmə müddətinə mane olmaq üçün əlimizdən gələni edirik. Kəmağıllılar, şikəstlər və xəstələr üçün baxım evləri qururuq; yoxsulları qorumaq üçün qanunlar çıxarırıq; tibb alimlərimiz hər bir xəstəni yaşatmaq üçün sonadək bacardığını edir… Beləcə, mədəniləşmiş cəmiyyətlərin zəif fərdləri öz soylarını davam etdirirlər. Ev heyvanı bəsləyən heç kim bunun insan irqinə böyük zərər verəcəyindən şübhə etməz.106

Xəstə bir zehnin məhsulu olan bu hədyanlar irqçilərin, yevgenika tərəfdarlarının, müharibə çağırışçılarının və insanlığı böyük bəlalara sürüyən bir çox ideoloqun əsas düsturu olmuşdur. Darvin “İnsanın törəməsi” kitabının sonunda həyatda qalmaq üçün mübarizənin insanlığa faydalı olduğu, əks halda, insanın tənbəlləşəcəyi, həmçinin həyat mübarizəsində bacarıqlı insanların bacarığı daha az olanlara görə üstün mövqeyə gələ bilməyəcəkləri kimi bir çox elmdən kənar iddia qarşıya qoymuşdur.107

Darvin bütün bu yanlış nəzəriyyələri ilə yevgenika tətbiqlərinə zəmin hazırlamışdır. Təkamül nəzəriyyəsinin sözdə elmi həqiqət kimi görünməsi isə yevgenist və irqçi siyasətlərin qəbul edilib tətbiq edilməyə başlanmasına səbəb olmuşdur.

İstinadlar

  1. Thomas Robert Malthus, An Essay On The Principle of Population, Sixth Edition, 1826, based on the second edition (1803) ↩
  2. Charles Darwin, The Descent of Man, 2nd Ed., s. 133–134, 1887 ↩
  3. Charles Darwin, İnsanın Türeyişi, s. 171 ↩
  4. Charles Darwin, The Descent of Man, s. 945 ↩