Oxu müddəti: ~1 dəq.
Canlı aləmi meydana gətirən əsas ünsürlərdən birinin “məlumat” olduğunu qeyd etdik. Bu məlumatın ağıl sahibi Yaradıcının varlığını isbat etdiyi də açıqdır. Həyatı yalnız maddi dünyadakı təsadüflərlə izah etməyə çalışan təkamül nəzəriyyəsi və onun fəlsəfi əsası olan materializm bu həqiqət qarşısında çarəsizdir.
Təkamülçülərin yazılarına baxdığımızda bəzən bu çarəsizliyin etiraf edildiyini görərik. Bunlardan biri, məşhur fransız zooloq Pyer-P.Qrassedir. Qrasse materialist və təkamülçüdür. Ancaq darvinist nəzəriyyənin problemlərini bəzən açıq şəkildə etiraf edir. Qrasseyə görə darvinçi izahı əsassız edən ən əhəmiyyətli həqiqət həyatı meydana gətirən məlumatdır:
Hər hansı bir canlı orqanizm inanılmaz dərəcədə böyük “ağıl” ehtiva edir. Bu, insanların ən böyük arxitektura əsərləri olan kilsələri tikmək üçün istifadə etdiklərindən daha böyük bir ağıldır. Bu gün bu ağla “məlumat” (informasiya) deyirik, amma məna eynidir. Bu məlumat bir kompüterdə proqramlaşdırılmamışdır, amma kompüterdəkindən də dar yerə, DNT-dəki xromosomlara və ya hər hüceyrədəki fərqli orqanoidlərə sıxışdırılmışdır. Bu “ağıl” həyatın “olmazsa, olmaz” şərtidir. Bəs bunun qaynağı nədir?.. Bu həm bioloqları, həm də filosofları maraqlandıran bir sualdır və elm bunu əsla həll edə bilməyəcək kimi görünür.387
Pyer-P.Qrassenin “elmin bu sualı əsla həll edə bilməyəcək kimi göründüyünü” söyləməsinin səbəbi materialist olmayan heç bir izahı “elmi” saymaq istəməməsidir. Halbuki elmin özü materialist fəlsəfənin fərziyyələrini əsassız edir və bir Yaradıcının varlığını isbat edir. Qrasse və ya digər materialist “alimlər” bu həqiqət qarşısında ya gözlərini bağlayır, ya da: “Elm bunu açıqlaya bilmir”, -deyirlər. Çünki “əvvəl materialist, sonra alim”dirlər və elm əksini isbat etsə də, materializmə inanmağa davam edirlər.
Bu səbəbdən doğru elm anlayışına sahib ola bilmək üçün, əvvəlcə, elmi və materialist fəlsəfəni bir-birindən ayırmaq lazımdır.
İstinadlar
- Pierre P. Grassé, The Evolution of Living Organisms, 1977, səh. 2. ↩
