Oxu müddəti: ~1 dəq.
Bir az əvvəl vurğuladığımız kimi maddənin fövqündə olan (və ya fövqəltəbii) şeyin mövcud olduğunu qətiyyətlə inkar edən düşüncə materializmdir. Elm isə belə bir doqmanı qəbul etməyə məcbur deyil. Elm təbiəti tədqiq etmək və nəticələr çıxarmaqla məsuliyyət daşıyır.
Elm sözügedən həqiqəti, yəni canlıların yaradıldığı həqiqətini aşkar etmişdir. Bu, elmi kəşflər tərəfindən ortaya qoyulan açıqlamadır. Canlılardakı qeyri-adi kompleks formaları tədqiq etdikdə onların əsla təbiət qanunları ilə və təsadüflərlə açıqlanmayacaq qədər qeyri-adi xüsusiyyətlərə malik olduqlarını görürük. Hər qeyri-adi xüsusiyyət onu meydana gətirən üstün ağlın göstəricisidir. Canlılar da üstün güc ilə yaradılmışdır. Bu güc maddənin fövqündə olan ağla aiddir. Bu ağıl bütün təbiətin hakimi və sonsuz gücə malik olan Rəbbimiz Allahın ağılıdır. Qısaca desək, həyat və canlılar yaradılmışdır. Bu materializm kimi doqmatik inanc deyil, elmi müşahidə və təcrübələrin aşkar etdiyi açıq həqiqətdir.
Bu həqiqətin materializmə inanmağa və materializmi elm hesab etməyə öyrəşmiş alimlərə şok təsiri verdiyini görürük. Görün bu şok bu gün dünyada təkamül nəzəriyyəsinə qarşı çıxan ən mühüm şəxslərdən biri olan Maykl Bihi tərəfindən necə ifadə edilir:
Həyatın üstün ağıl tərəfindən dizayn olunduğu anlayışı həyatı sadə təbiət qanunlarının nəticəsi kimi qəbul etməyə alışmış bizlərdə şok təsiri yaratmışdır. Amma digər əsrlər də buna bənzər şok təsiri yaşamışdılar və şoklardan qaçmaq üçün bir səbəb də yoxdur.396
Bəşəriyyət dünyanın düz olması və ya kainatın mərkəzində yerləşdiyi kimi doqmalardan xilas olmuşdur. Həyatın dizayn olunmadan, öz-özünə əmələ gəldiyi kimi materialist və təkamülçü doqmadan da xilas olur.
Bu vəziyyət qarşısında əsl alimin üzərinə düşən vəzifə isə materialist doqmadan əl çəkərək, həyatın və canlıların mənşəyi mövzusunu əsl alimə yaraşan şəkildə obyektiv və səmimi olaraq dəyərləndirməkdir. Əsl alim “şoklardan qaçmamalı”, XIX əsrin köhnə materialist doqmalarına bağlanaraq qeyri-mümkün ssenariləri müdafiə etməməlidir.
İstinadlar
- Michael Behe, Darwin’s Black Box: The Biochemical Challenge to Evolution, New York, The Free Press, 1996, səh. 252-53. ↩
